adalet.az header logo
  • Bakı 7°C
24 Sentyabr 2018 18:36
12362
MARAQLI
A- A+

Baş nazir küçədə zibil yığdı

Kosova baş naziri Ramuş Haradinay paytaxt Priştina küçələrində zibil toplayıb.

Adalet.az qafqazinfo-ya istinadən xəbər verir ki, "Kosovayı təmizləyək" şüarı ilə ölkədə təşkil edilən aksiyaya qoşulan baş nazir əhaliyə örnək olub.

O, küçələri çirkləndirənlərə səslənərək ətraf mühiti təmiz saxlamağa çağırıb:

"Təmiz bir Kosovada yaşamaq istəyirsəniz, əlinizdəki tullantıları küçələrə deyil, zibil qutularına atın. Avropada olmaq istəyən Kosova təmiz olmalıdır".