adalet.az header logo
  • Bakı 7°C
24 Sentyabr 2018 13:56
16812
MARAQLI
A- A+

ANEKTOD HƏQİQƏT OLDU

Bir uşaq girir məscidə. Görür axund (üzr istəyirəm ey, axundluq ləğv olunub, imam) bir xanımı qarabağlılar demiş eşir. Uşaq səhnəni görüb tüpürür. İmam başını qaldırıb deyir:

- İt oğlu, qoy bu əlimdəki savab işi qurtarım, məscidə tüpürməyi sənə göstərəcəm.

Türkiyədə günorta namazından sonra imam bir suriyalı qadını məsciddə saxlayıb. Camaat şübhələnib, polis gəlib, bələdiyyə gəlib, ha qapını döyüblər, imam əlindəki savab işi başa çatdırmadığına görə qapını açmayıb. Nəhayət, qapı açılıb, çıxıblar bayıra. İndi camaat həmin məsciddə namaz qılmaqdan imtina edir ki, imam getməlidi.

Düzdü, imamı da, qadını da polisə aparıblar. Sonra ifadələrini alıb sərbəst buraxıblar.