Ücretsiz php script indir eskişehir escort Orkide Mavi orkide Adalet.az | Fədayə Laçının məhkəməsində şahid: Qatara minən kimi yatmışam Adalet.az | Fədayə Laçının məhkəməsində şahid: Qatara minən kimi yatmışam Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Fədayə Laçının məhkəməsində şahid: Qatara minən kimi yatmışam

14501    |   2018-09-24 12:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ağır Cinayətlər Məhkəməsində xüsusi təyinatlı vaqondan məhbusların qaçmasında təqsirləndirilən müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Əli Dadaşov bildirib ki, Bakıdan-Lənkərana etap olunan dustaqlardandır həbs olunanlardan heç birini tanımır: "Həmin gün etap olunmuşam. Lakin qatara minən kimi yatmışam. Bir də düşəndə durmuşam. Heç nədən xəbərim olmayıb".

Məhkəmədə şahidin istintaqa verdiyi ifadə elan edilib. İfadədə göstərilib li, "Qoca" ilə Tahir Məlikov onunla bir neçə dəfə etap olunub: "Həmin vaxtı onlar qatarda sərbəst hərək edirdilər. Qatarda iki nəfərlik kupelər vardı. Həmin kupelər dustaqlara pulla satılırdı. Tahirlə "Qoca" həmin pullu yerlərdə gedib-gəlirdilər".

Şahid istintaqda belə bir ifadə vermədiyini, onun adından müstəntiqin yalan ifadə yazdığını bildirib.

Daha sonra prosesdə şahid qismində dindirilən Cəlil Əliyev də bildirib ki, istintaqa ifadə verməyib və yalnız sənədlərə qol çəkib: "Dustağam, dedilər qol çək mən də çəkdim. Hadisə olan vaxtı etap olunan dustaqlardan biri olmuşam. Heç nə görməmişəm. "Qoca"nı dustaq kimi tanımışam. Bir neçə dəfə onla birgə etap edilmişik".

Şahidin istintaqa verdiyi ifadəsində isə bildirilib ki, "Qoca" vaqonda rahat gəzirdi: "O çox sərbəst idi. Ədliyyə işçiləri ilə çox mehriban idi. Bu mənə çox təəccüblü gəlirdi. "Qoca" dəhlizdə o yana-buya rahat gəzirdi, kameralara baxırdı. Orda "Qoca"ya göy rəngli çanta verdilər".

Şahid bu sözlərin heç birinin ona aid olmadığını bildirib.

Vəkil Eynulla Vəliyev bu gün dindirilən hər iki şahidin ifadəsinin sübutlar siyahısından çıxarılmasını tələb etsə də, vəsatət baxılmamış saxlanılıb.

Proses sentyabrın 26-da davam etdiriləcək.

Qeyd edək ki, ötən il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

İş üzrə təqsirləndirilən şəxs qismində daha 12 nəfər həbs edilib.




İmza:
SON XƏBƏRLƏR
2019-02-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kim istedadlıdır?

Ayxan Ayvaz (75.76%)
Oğuz Ayvaz (24.24%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Bir Ağdam yumoru

Ağdamda Çayçı Zeynal adlı bir nəfərin anası xəstələnir. Canı ağrıyan arvad deyir:
- Ölürəm, ay Zeynal.
Zeynal deyir:
- Ay nənə, başına dönüm, yayın bu cırhacırında ölmək vaxtıdır? Bir az döz görək, nağayırırıq.
Bunun üstündən bir müddət keçir. Payızda arvad yenə xəstələnib"ölürəm" deyəndə Zeynal qayıdır ki:
- Nənə, saa qurban olum, heylə iş görmə, qohum-əqrəbada neçə dənə toy var, xalxın işin pozma.
İki-üç ay keçir, qarlı-yağışlı qış günlərində arvad yenə başlayır ki, "Zeynal, taa ölürəm".
Zeynal deyir:
- Aaz, bizi söyüş yiyəsi eləmək istəyirsən. Bu palçıqda ölmək olar?
Mart ayında arvadın yenə pristupu tutur:
- Zeynal, taa doğrudan ölürəm.
- Ay nənə, bəs indi ölmək vaxtıdır, bir az toxtaq ol görək. Novruz bayramıdır, hamı deyir, gülür. Bizi peşiman eləmə.
- Gör bu gədə məni nətər avara qoyub ey.




digər lətifələr
ARXİV
FACEBOOK