Evini su basan adamlar, ərəbləri qayıqla gəzdirmək istəyənlər – Eminquey yazır...

EMİNQUEY AKİF
49556 | 2018-09-25 10:11

İstirahət günü səhər 9-da oyanmaq qədər qıcıq birşeymi var? Payız evimizin damını döyəcləyir ki, a bala, dur, mən gəlmişəm. Gözlərimyuxulu əvvəlcə vecimə almadım. Dedim, lap belə gözlərim aydın! Yağışını dagötür, rədd ol. Vaxtsız gələn qonaq öz kisəsindən yeyər!

Bunasözmü keçər? Payızın beyni çöndü, üzünün leysan tərəfini göstərməyə başladı. Budəfə səsə anam da oyandı. İşıqlar da söndü. Payız bir gülləylə iki quşvurmuşdu. Gözlərimiz yuxulu, telefonun fanarı ilə üstü örtülü həyətimizəçıxdıq. Evin qapısından həyətə şırhaşır suyun axdığını gördük. Dam da damdı ki?Sınıq-salxaq bir şeydi Qapının üstündəkiboşluqdan çöl görünmürdü. Elə bil, hansısa bir dağda mağaradayıq. Şəlalə dəmağaranın ağzından tökülür.

Həyətdədurub çarəsizcəsinə ildırımın çaxmağına, bu vəhşi şırhaşıra qulaq asırıq. Anamnarahatcasına deyir:

- Atanın qəbri də indi...

...sonra ayətəl kürsi duasını oxuyur. Ki, ilahi, bu yağışda evimiz ziyan görməsin.Deyir, bu Allahın işidir, görürsən, dayandıra bilmirik. Razıyammış kimi başımıtərpədirəm. Qapının gözlüyündən baxıram, məhəllədən çay kimi sel gedir. Bu selqapının arasından həyətə yeriyir.

Payızınhirsi qəfil soyudu. Şırıltı səngidi. Qapını açıb çölə çıxdıq. Gördük ki, bizdənaşağıda bütün qapılar bağlıdır, təxminən sinəyə kimi su var. Anam deyir, bax,şükür elə, heç olmasa biz qapını açıb çölə çıxa bildik, o biri evləri çox gümansu basıb.

Bu vaxtqonşuların da qapıları açılmağa başladı. Bütün qapılardan çölə su atılırdı. Əlimdəkitelefonu işə salıb bu mənzərəni lentə almağa başladım. Bir qadın qaça-qaça evinədoğru gedir. Görünür, güclü leysan vaxtı haradasa olub, yağış kəsən kimi gəlib.Deyəsən, uşaqları da evdə idi.

Əlimdəkitelefonu görən qonşulardan rekasiya gəldi. Biri deyir ki, çəkmə, Azərbaycanıgözdən salırsan. Biri dedi ki, guya çəkdin, paylaşdın, nə xeyri? Biri də dirəşibki, üzüm düşməsin ha, üzüm düşməsin. Birinin evinə girdim, bütün otaqlarını subasmışdı. Birdən iki uşağı da hamamdan çıxdı. Qadın vedrə ilə suyu çölə ata-ataağlayıb deyir ki, bircə hamamı su basmayıb, uşaqlar qaçıb giriblər hamama. Təsəlliverirəm:

- Əzizim, ağlama, keçəcək. Bu da keçəcək.

Açığıistədim ki, bu yerdə təsəllimi şeir kimi verəm, amma gördüm ki, heç yeri deyil.Heç! Qadın yaxınlaşıb qucaqladı məni. Çox qəribədir, insan kövrələndə daha damöhkəm ağlamaq istəyir. Oğlunun adı Əlidir. Əlinin üzündən görünürdü ki, möhkəmqorxub. Əli deyir ki, "Allah baba bizi öldürmək istəyir”. Əlinin başınısığalladım, susdum.

Çöldə isəartıq səs-küy düşüb. Qonşunun oğlu öz aləmində mənlə məzələnir.

- Qaqa, çəkməklə deyil e. Allahın işinəqarışacaqsan? Yağışdı da yağıb.

Deyirəm,qaqa, başa düşürəm e, Allahın işi ola bilər. Amma bu məhəllənin aşağısını ki,Allah tikib daraltmayıb. Bu məhəllənin kanalizasiya sistemini ki, Allah belədüzəltməyib.

Nə isə,baş qoşmadım. Artıq su bir az çəkilmişdi küçədən. Aşağı tərəfə getdim. Aşağıdavəziyyət müşküldür. Bizim məhəllədə evlərin əksəriyyəti yerdən bir metr aşağıdadır.Qonşum deyir ki, çarpayım suyun içində batıb. Zarafatından da geri qalmır.Deyir, elə bildim Novxanıdakı istirahət mərkəzlərinin birində hovuzdayam. Osuyun üstündə uzanmaq üçün şeylər olur e, adını da bilmirəm, onun üstündəuzanmışam.

Gülüşdük.

O biriqonşum qıraqdan qapısının ağzındakı maşınına hüznlə baxır. Deyir, maşına bax,şüşəsinə kimi qalxıb su. Bundan sonra bu maşın heç işləyər?

Hamı özdərdini danışır. Biri yorğan-döşək hayındadır, biri də soyuducusunun,televizorunun. Guya vəziyyəti yumşaltmaq üçün zarafat edirəm:

- Bu sular burda qalsaydı, bir qayıq tapardıq, ərəbləridə gətirərdik bura. Çayın içində qəsəbə adıyla sırıyardı. Bir tur gəzməyin qiymətidə 100 dollar. Beləcə pulları yığıb evlərimizi də təmir edərdik.

Zarafatımxoşlarına gəlmədi deyəsən.

Su çəkiliryavaş-yavaş. Kanalizasiya quyularının qapaqları görünür. Suda boğulan adam kimiağzında su daşır. Bu yerin sinəsi hardadır ki, basasan, nəfəsi qayıda yerinə.

İşıqyoxdur, telefonda da internet. İçimdə bu payızı romantika adı ilə tərifləyənadamlara qışqırıram:

- İndi sizin romantikanız bu idimi? Niyə sizinyağış romantikanız bizim evlərimizə kimi girməlidir? Niyə də? Heç görün bizimsu basmış evlərimiz sizin evinizə girir? İstər televiziya yolu ilə olsun, istərsədə belə. Sizin rahatlığınız bizim rahatlığımızı niyə pozmalıdır? Hələ bu payızabax e, başdanxarabın biri başdanxarab. Kişinin oğlu əsəbiləşib.

Təbiiki, sözlərim hirsimdən doğan sayıqlama idi.

Artıq suçəkilmişdi. Yerdə qalan kanalizasiyadan çıxanlar, palçıq, qum oldu. Və qəfilgöyün bağrından gün çıxdı. Elə bil, payız da Ramiz Rövşənin bu şeirinioxumuşdu. Elə bil, bayaq qadına demək istədiyim şeiri oxuyurdu astadan. Elə mənədə, o ağlayan qadına da, atamın məzarından narahat olan anama da.

Bu yerləri bu göyləri
Yağış yuyur, gün qurudur.
Bu dünyada çox şeyləri
Yağış yuyur, gün qurudur.

Gözümüzün yaşını da,
Bağrımızın başını da
Qəbrimizin daşını da
Yağış yuyur, gün qurudur.

Gələn nədi, gedən nədi?
Bələk nədi, kəfən nədi?
Bu dünya öz kefindədi
Yağış yuyur, gün qurudur.

...Ulduzların tozunu da,
Lap günəşin özünü də,
Lap yağışın özünü də
Yağış yuyur, gün qurudur...


TƏQVİM / ARXİV