adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
24 Sentyabr 2018 11:28
6279
HADİSƏ
A- A+

FHN ölümlə nəticələnmiş yol qəzası ilə bağlı məlumat yayıb

Göygöl rayonu ərazisində "Mercedes” və "VAZ” markalı iki minik avtomobili toqquşub.

FHN-dən Adalet.az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunmuş Gəncə Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri "VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişini və sürücü, 1975-ci il təvəllüdlü Babayev Yalçın Namaz oğlunun meyitini deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.