adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
24 Sentyabr 2018 10:42
8470
İDMAN
A- A+

Güləşçilərimiz dünya çempionatından dörd medalla qayıdır

Slovakiyanın Trnava şəhərində gənc güləşçilərin dünya çempionatı (DÇ) sona çatıb.

Son yarış günündə 61, 74, 86, 92 və 125 kq-da çıxış edən sərbəst güləşçilər medalçıları müəyyənləşdirib. Yığmamız son gündə gümüş və bürünc medal qazanıb.

Türkiyə, Macarıstan, Rusiya və Hindistan təmsilçisinə qalib gəlmişƏbubəkr Abakarov(74 kq) finalda amerikalı rəqibinə 1:5 uduzub və gümüş medalla kifayətlənib.

Digər dağıstanlı legionerimizAsxab Həmzətov(92 kq) isə amerikalı və ukraynalı həmkarlarını üstələdikdən sonra Qazaxıstan güləşçisi ilə bacarmayıb. Rəqib finala yüksəldiyindən, Həmzətov təsəlliverici görüşə çıxıb. Əvvəlcə Polşa, daha sonra Özbəkistan yığmasının üzvünə çətinlik çəkmədən qalib gələn Asxab dünya üçüncüsü olub.

Mübarizəyə 1/8 finaldan qoşulanRahid HəmidliQırğızıstan və Hindistan güləşçilərini sıradan çıxarıb və yarımfinala adlayıb. Finalın bir addımlığında Kanada idmançısı ilə gərgin keçən mübarizə həmyerlimizin minimalhesablı məğlubiyyəti ilə nəticələnib. Həmidli bürünc medal uğrunda qarşılaşmada Moldovanıtəmsil edənSamxan Cəbrayılova 1:3 hesabı ilə uduzub və V yeri tutub.

Qeyd edək ki, bununla da sərbəst güləşçilərimiz DÇ-ni dörd medalla başa vurub. Daha əvvəlHacımurad Hacıyev(70 kq) qızıl vəOrxan Abbasov(79 kq) bürünc medal qazanmışdı. Ümumilikdə isə bu DÇ-dəbeş medal qazanmışıq. Yunan-Roma güləşində Nəzərşah Fətullayev (87 kq) bürünc medalla kifayətlənmişdi.(oxu.az)