adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2018 17:48
10919
İDMAN
A- A+

Braziliya millisinin əfsanəvi kapitanı Bakıya gəlir

Futbol üzrə braziliyalı 2 qat dünya çempionu Kafu Bakıya gələcək.

Adalet.az xəbər verir ki, bu haqda Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova məlumt verib.

O, 48 yaşlı sabiq müdafiəçinin sentyabrın 26-da "Boulevard Hotel”də Xüsusi Olimpiya Hərəkatının dünya üzrə səfiri elan edilməsi ilə bağlı sənədin imzalanması mərasimində iştirak edəcəyini bildirib. Kafunun mətbuat nümayəndələriylə görüşü də nəzərdə tutulub.

Qeyd edək ki, Kafu 1994 və 2002-ci illərdə dünya çempionu olub. O, sonuncu dəfə dünya kubokunu başı üzərinə Braziliya millisinin kapitanı kimi qaldırıb.