adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2018 17:45
15652
DÜNYA
A- A+

“Florens” qasırğasının vurduğu zərər hesablandı

"Florens” qasırğasının ABŞ-a vurduğu iqtisadi zərər 38 milyard dollardan 50 milyard dollara qədərdir.

"Wall Street Journal” nəşri bu barədə "Moody's Analytics” agentliyinin hesablamalarına əsasən məlumat yayıb. Söhbət daşınmaz əmlaka və nəqliyyat vasitələrinə dəyən zərərdən gedir. Həmçinin yerli müəssisələrin gəlir əldə edə bilməməsi də buraya daxildir. Qasırğadan sonra sığorta kompaniyaları 1,7 milyard dollardan 5 milyard dollara qədər ümumi ödəniş ediblər.

Beləliklə, "Florens” ABŞ tarixində ən dağıdıcı qasırğalar siyahısında yeddinci yeri tutub. Ölkəyə ən çox zərər (133,5 milyard dollar) 2017-ci ilin avqust ayında Texas ştatında tüğyan edən "Harvi” qasırğası nəticəsində dəyib. Onun ardınca isə "Mariya” (120 milyard dollar) və "İrma” (84,2 milyard dollar) qasırğaları gəlir.

Xatırladaq ki, sentyabrın 14-də ABŞ-ın şərq sahilləri "Florens” qasırğasının təsirinə məruz qalıb. Qasırğanın gətirdiyi güclü yağıntılar Virciniya, Şimali və Cənubi Karolina ştatlarının böyük hissəsinin su altında qalması ilə nəticələnib. Son məlumata əsasən, təbii fəlakət nəticəsində 41 nəfər həlak olub.

Virtualaz.org