adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Sentyabr 2018 17:04
14798
ELM VƏ TƏHSİL
A- A+

Kamal Abdulladan unikal addım - Tələbələrin aldıqları kitabların pulunu ödəyəcək

Sentyabrın 21-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla I kurs tələbələriylə görüşdə maraqlı təşəbbüslə çıxış edib.

Adalet.z-ın məlumatına görə, rektor bildirib ki, tələbələrin mağazalardan aldıqları kitabların pulu universitet tərəfindən ödəniləcək. Bunun üçün tələbələr kitab mağazasından aldığı qəbzləri universitetə təqdim etməlidirlər.