adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2018 16:47
20461
MƏDƏNİYYƏT
A- A+

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm kamera musiqisi səslənib

Beynəlxalq Muğam Mərkəzində möhtəşəm kamera musiqisi səslənib.

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə hər il 18 sentyabrdan etibarən Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı keçirilir.

Festival çərçivəsində Azərbaycan mədəniyyət xadimləri ilə yanaşı, xarici musiqiçilərin də iştirakı ilə konsertlər, tamaşalar, konfranslar keçirilir.

Beynəlxalq Muğam Mərkəzində nəinki bizim yerli musiqiçilərimizin, hətta xarici ifaçıların da sevdiyi bu gözəl səhnədə T.Dokşiser adına Rusiya kvinteti "New Life Brass" adlı möhtəşəm konserti keçirilib.

Sentyabrın 19-da həmyerlimiz ABŞ-da doğulub yaşamış istedadlı skripkaçı Azər Dəmirov, virtuoz pianoçu Zülfiyyə Sadıqova ilə birlikdə paytaxtımızın musiqisevərlərini öz gözəl ifaları ilə sevindiriblər.

İfaçılar Azərbaycan bəstəkarları Q.Qarayevin, F.Əmirovun əsərləri ilə bərabər xarici bəstəkarlardan İ.Brams, F.List, K.Debüssi və Murad Kajlayevin musiqilərini səsləndiriblər.

Konsert kamera musiqisevərlər tərəfindən maraqla qarşılanıb.