adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2018 16:22
10912
DÜNYA
A- A+

İŞİD İrandakı terror aktına görə məsuliyyəti öz üzərinə götürdü

İranın Xuzistan əyalətinin Əhvaz şəhərindəki paradda baş verən terror aktının məsul təşkilatı bəlli olub.

Adalet.az "Reusters” agentliyinə istinadən xəbər verir ki, 24 nəfərin ölümü və 60 nəfərin yaralandığı terror hadisəsinə görə məsuliyyəti İŞID öz boynuna götürüb.

Bununla belə terror təşkilatının bu hadisəyə görə hər hansı bir dəlil gətirmədiyi də bildirilir.

Qeyd edək ki, bundan əvvəl hadisəyə görə İran "regiondakı terrorizmin sponsorlarını və amerikan təlimçilərini” ittiham edib.