adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2018 15:53
8344
SİYASƏT
A- A+

Hadi Rəcəbli litvalı deputatlarla görüşdü

Azərbaycan Parlamentinin 100 illiyi ilə əlaqədar olaraq dünyanın 40-dan çox ölkəsindən 300 -ə qədər nümayəndə heyəti gəlib.

Bu nümayəndə heyətinin tərkibində böyük dövlətlərlə yanaşı Avropanın Demokratik Cəmiyyət ənənələri olan Malta Respublikasının da nümayəndə heyəti iştirak edirdi. 3 gün ərzində onlar Qədim İçərişəhər. Dənizkənarı Park , Heydər Əliyev mərkəzi və bir sıra görməli yerlərlə tanış olublar.

Qonaqları müşayət edən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, siyasi elmlər doktoru professor Hadi Rəcəbli deputatlara parlamentin müstəqillik dövründə qəbul etdiyi qanunlar, keçid dövrünün problemlərinin aradan qaldırılmasında Heydər Əliyev siyasətinin yeri və rolu, qloballaşan dünyanın müasir lider etalonlarından olan İlham Əliyev cənablarının siyasi idarəetmə texnologiyasında özəlliklərdən və inkişafa təkan verən addımlardan söhbət açılıb.

Maltalı deputatlar Blenn Beddinqfield və Bayron Kamilleri böyük təəssüf hissi ilə bildirmişlər ki, erməni lobbisi Azərbaycan və Azərbaycan xalqı haqqında mənfi imic formalaşdırmağa çalışsa da İlham Əliyev cənablarının apardığı uğurlu xarici siyasət bu stereotipləri sındırmış, Azərbaycanda tolerant və beynəlxalq tədbirlərin keçirilməsinə bütün imkanları olan dövlət kimi tanıdıb.

Deputatlar qeyd etdilər ki, "Biz Bakını heç bir təhlükəsizlik xidmətinin müşayəti olmadan gəzdik, Bakı gecələrini gördük, qonaqpərvər əhali ilə polemikaya girdik və bu ölkəyə heyran qaldıq. Siz artıq hesab edə bilərsiniz ki, biz həm öz ölkəmizdə həm də əlaqəli olduğumuz təşkilatlarda Azərbaycan həqiqətlərini yayacaq və daim təmasda olacağıq. Gələn görüşlərədək.!