Azərbaycan Müdafiə Nazirliyi İran tərəfinə başsağlığı verib
Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqeriyə və İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəmiyə başsağlığı ünvanlayıb.
Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, başsağlığında deyilir: "Müqədəs Müdafiə həftəsi”nin başlanması münasibətilə dost İran İslam Respublikasının Xuzestan əyalətinin Əhvaz şəhərində keçirilən hərbi paradda törədilmiş xain terror aktı nəticəsində hərbi qulluqçuların və mülki şəxslərin həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi.
Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik.
Həlak olanlara Allahdan rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara şəfa diləyirəm”.
Digər Xəbərlər
19 Mart 2024 10:14
FHN Novruz bayramı ilə əlaqədar əhaliyə müraciət etdi
19 Mart 2024 09:11Azərbaycanda 7 günlük Novruz tətili başlayır
19 Mart 2024 09:07Mehriban Əliyevadan İlaxır çərşənbə ilə bağlı PAYLAŞIM
19 Mart 2024 08:47DYP-dən sürücü və piyadalara MÜRACİƏT
18 Mart 2024 19:10