adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2018 13:00
17208
MƏDƏNİYYƏT
A- A+

YARAT-da “Səmavi” nümayiş olunacaq

Sentyabrın 27-i, 19:00-da YARAT Müasir İncəsənət Mərkəzində "Səmavi" tamaşası nümayiş olunacaq.

Adalet.az xəbər verir ki, tamaşa Freestyle proqramı çərçivəsində təqdim olunur.

Səhnə əsəri rejissor və xoreoqraf Raulə Rzayeva və Rus Dram Teatrının aktrisası Milana Sokolenko tərəfindən hazırlanıb.

Tamaşa müasir Rusiya dramaturqları A.Şipanov və A.Abrosimovun "Səmavi və ya onun həyatından dörd saat" adlı pyesi əsasında səhnələşdirilib.

Baş tutmayan görüşdən sonra gənc qadının həyat, öz dünyası, sevgi, qadın-kişi münasibətləri haqqında düşüncələri müasir qadının manifestinə çevrilir.

Tamaşa rus dilində nümayiş olunacaq.