adalet.az header logo
  • Bakı 7°C
22 Sentyabr 2018 12:55
24942
ŞOU-BİZNES
A- A+

Rihanna Barbadosun səfiri oldu

Dünya şöhrətli müğənni Rihanna Barbadosun fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

"Report"-a istinadən xəbər veririk ki, sənətçi, əsasən, təhsil, turizm və investisiya ilə əlaqədar məsələləri həll edəcək.

Qeyd edək ki, Rihanna 2008-ci ildə Barbadosun mədəniyyət səfiri təyin olunub. O, müğənniliklə yanaşı, filmdə rol alıb və məşhur "Fenty" kosmetik firmasının sahibidir.