Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Adalet.az -a verilən məlumata görə, 120-si əqli və fiziki imkanları məhdud, 100-ü isə gənc lider olmaqla keçiriləcək forum 27 sentyabr tarixinədək davam edəcək.
Forum, Xüsusi Olimpiya Hərəkatının 50 illik yubileyi çərçivəsində keçirilir.
Forumun proqramına əsasən FİFA Dünya Kubokunun ikiqat sahibi Kafu, voleybol üzrə Olimpiya çempionu Vladimir Qribiç, idman gimnastikası çoxnövçülük üzrə Olimpiya çempionu Nadia Komaneçi və digər məşhur idmançılar tədbirə qatılacaqlar.
Bir neçə gün davam edəcək iclasın proqramına əsasən gənc liderlər əqli və fiziki imkanları məhdud gənclərin elm, təhsil, idman sahələri vasitəsi ilə bir çox layihələrdə aktiv iştirakını, vahid idmanın gücü- inklyuziv hərəkatın daha da genişləndirilməsini, əqli və fiziki imkanları məhdud insanların biznes bacarıqlarının inkişafını və digər, mühüm əhəmiyyət kəsb edən mövzuları müzakirə edəcəklər.
Qeyd edək ki, Azərbaycan 25 ildir ki, Xüsusi Olimpiya Hərəkatının üzvüdür. 1990-cı ildə əsası qoyulan Azərbaycan Xüsusi Olimpiya Hərəkatının bu gün müxtəlif yarışlara qatılan 5000-ə yaxın idmançısı var.