adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
22 Sentyabr 2018 12:35
15152
İDMAN
A- A+

Bu gün daha 3 cüdoçumuz dünya çempionatında mübarizəyə qoşulacaq

Bakıda davam edən dünya çempionatında bu gün Azərbaycanın daha 3 cüdoçusu tatami üzərinə çıxacaq.

Adalet.az-ın məlumatına görə, kişilərdən 73 kq çəkidə yer alan Avropa çempionları Rüstəm Orucovla Hidayət Heydərov mübarizə aparacaq. Onlar mübarizəyə 1/32 final mərhələsindən başlayacaqlar. 27 yaşlı R.Orucovun ilk rəqibi misirli Məhəmməd Mohyeldin olacaq. 21 yaşlı H.Heydərov isə iraqlı Səccad Sehenlə üz-üzə gələcək.

Qadınların yarışında isə 57 kq çəkidə İçinxorlu Munxtsedev qüvvəsini sınayacaq. 1/32 finalda onun bəxtinə almaniyalı Ameli Ştoll düşüb.

İlk görüşlər saat 10:00-da start götürüb. Saat 16:00-da isə medal qarşılaşmaları olacaq.

Dünya çempionatı

57 kq
1/32 final. İçinxorlu Munxtsedev - Ameli Ştoll (Almaniya)

73 kq
1/32 final. Rüstəm Orucov - Məhəmməd Mohyeldin (Misir)
1/32 final. Hidayət Heydərov - Səccad Sehen (İraq)

Qeyd edək ki, ilk iki yarış günündə Azərbaycan cüdoçularından ən yüksək nəticəni Kəramət Hüseynov göstərib. 60 kq çəki dərəcəsində yer alan 20 yaşlı idmançı 5-ci yeri tutub.