adalet.az header logo
  • Bakı 7°C
21 Sentyabr 2018 19:45
12206
ELM VƏ TƏHSİL
A- A+

İbtidai siniflərdə dərs yükü azaldılır

İbtidai siniflərdə dərs yükünün azaldılması ilə bağlı hazırlanan yeni qaydalara əsasən, I siniflərdə nə kiçik summativ qiymətləndirmə (KSQ), nə də böyük summativ qiymətləndirmə (BSQ) nəzərdə tutulmayıb.

Adalet.az- ın məlumatına görə, bunu Təhsil Nazirliyinin Təhsildə innovasiyalar sektorunun müdiri Vidadi Bağırov deyib.

Onun sözlərinə görə, bu addım onların həm yaş xüsusiyyətləri, həm də psixoloji durumları ilə əlaqədar olub: "Bu da o deməkdir ki, hər birinci sinif şagirdi il əzində 72 summativ qiymətləndirmə yükündən azad olunub. Bundan başqa, ibtidai təhsil səviyyəsində müəyyən dəyişikliklər nəzərdə tutulub. II və III siniflərdə də yalnız kiçik summativ qiymətləndirmə nəzərdə tutulub. Bu siniflərdə böyük summativ qiymətləndirmə olmayacaq. IV sinifdə isə BSQ olacaq”.

Nazirlik rəsmisi qeyd edib ki, böyük summativ qiymətlərinin sayında kifayət qədər azalmalar var: "Yeni yanaşmalarda ümumi təhsil pilləsi hər səviyyənin sonunda bütün fənlərdən BSQ nəzərdə tutulur. Yəni ibtidai təhsilin sonunda, yəni IV sinifdə, daha sonra IX sinifdə və XI sinifdə BSQ keçiriləcək. Hər şagird bir il ərzində 18 böyük summativ qiymətləndirmə yükündən azad olunur. Yeni sənəd təsdiq olunma mərhələsindədir. Əgər təkliflər qüvvəyə minəcəksə, bundan sonra qərarın nə zaman tədbiq olunması məlum olacaq".