adalet.az header logo
  • Bakı 12°C

Əbülfət MƏDƏTOĞLU: KƏDƏRLƏ ORTAĞAM, QƏMLƏ ŞƏRİKƏM

ƏBÜLFƏT MƏDƏTOĞLU
54237 | 2018-09-21 18:11

Başlığı oxuyankimi başınızı bulamayın. Neyləyim, bir yandan həyatın özəl sıxıntıları,problemləri, bu biri tərəfdən sağlıq durumundakı problemlər və nəhayət,bir-birimizə yaratdığımız problemlər. Bax, bunun içərisində normal adam olmaq,normal adam kimi yaşamaq, düşünmək və normal adamlara dəstək olmaq mümkündürmü?Sualı təkrar etmədən deyə bilərəm ki, şəxsən mənim üçün çox çətindir, hətta heçmümkün də deyil. Ona görə ki, həyat sıxıntısını unutmaq istədiyin an sağlamlıqsəsini çıxarır, dava-dərman səs-səsə verir.

Bunları yolunaqoymaq istədiyin yerdə kömək durduğun, əlindən tutduğun, adam bildiyin təkcə ətəyiniyox, əlini də, biləyini də çəkib aparır özü ilə. Və beləcə, ömrünü-gününü bükübgöy əskiyə verirlər qoltuğuna, deyirlər yaşa! Amma necə, nə cür, nə ilə? Bunudeyən yoxdu. Bir də ki, illərin sınağından gəldiyim nəticə budur ki, dünyada ənasan iş məsləhət vermək, tövsiyə etməkdir. Daş daşıyana əl uzatmaq, qum ələyənəkömək durmaq, yük daşıyanın şələsini qaldırmaq hər adamın ürəyindən gəlibkeçmir. Ən yaxşı halda, ürəyindən gəlib keçən "yorulmayasan!" demək vəyoluna davam etməkdi.

Təbii ki, busözü, bu duanı ifadə etmək insanlıq əlamətidi. Lakin hamı insan deyil axı... Hamı Allahınyaratdığıdı. Amma hamının dünyası da, Allaha sevgisi də eyni deyil. Buna görə dəbax, bu yazının başlığı sizin xoşunuza gəlmədi. Yəni mənim gördüklərimi,yaşadıqlarımı, içərisində olduğum şəraiti sözə çevirəndə çoxunuzun xoşuna gəlmirəm...çoxunuz bunu qədərindən artıq hesab edirsiniz, yersiz-lüzumsuz sayırsınız.

Ammanəyə istəyirsiniz and içim ki, bu dünyanı cəhənnəmə döndərən adam olmayanlardı,insan olmayanlardı. Məhz onların nəfsləri, məhz onların əməlləri dünyanı cəhənnəmedir, adamı yaşamaqdan iyrəndirir... Əlini həyatdan, elə həyətdən də soyudur.Ona görə də içinə ağırlıq çökür, ürəyin yorulur, nəfəsin səngiyir, dizlərin yerəgəlir. Və beləcə, SON gəlib durur qapının ağzında...

Bəli,bütün bu söylədiklərimi hamınız bilirsiniz. Və bütün bu oxuduqlarınızınhamısından xəbərdar olduğunuza görə, sizi təəcübləndirə bilmədim, açığını deyimki, heç buna cəhd də etmədim.

Çünkiindiki halda təəccüblü heç nə yoxdu. Olanlar təəssüf üçündü. Ona görə də təəssüfdə doğurur. Ən çox da üzünə maskalar geyinib, masasının üstünə müqəddəskitablar qoyub onun arxasında gizlənib danışanların əməli bəlli olanda necə təəccübetməyəsən. Çünki müqəddəsliklə, kobud desəm, məzələnən, lap kobud desəm, onuözünə sipər edən adamları görüb təəccüblənməmək olar? Burada ancaq təəssüf etməlisənki, bu and içənin, bu əməl sahibinin müqəddəslikdən,inancdan anlayışı yoxdu. Varsa da, onu dünyanın ən dərin quyusuna atıb ki, birdaha oradan çıxarmaq mümkün olmasın. Buna isə yenə deyirəm, ancaq təəssüflənməkgərəkdi. Mən də elə o təəssüf hissiylə yaşadıqlarımı unutmaq istəyirəm.

Ammaalınmır. Çünki bir deyil, iki deyil və yaxud bu təkcə mənim müşahidələrimin nəticəsideyil. Hər kəsin qarşısına çıxır, özü də addım başı...

Deməli,bütün bunlardan sonra ümid yenə insanın öz daxilinə, öz varlığına və bir də güvəncinəqalır. O güvəncə ki, onu özün bilirsən, özündən sayırsan.... onu özündə, özünüdə onda görürsən... Təbii ki, mən bu yazdığım fikrin arxasında özümü görürəm,özüm dayanıram. Və ona görə də sözlərimin, fikirlərimin arxasında da dururam. Hələüstəlik bu düşüncələri şeirə çevirib yazıram:


Hələsümüyünə düşmür kədərin

Çiçəyinhavası, gülün havası...

Ağardıbüzünü amma qədərin -

Soyulmuşocaqda külün havası...


Budüz göz oxşayır təpələriylə

Yaragöz-göz olur qəlpələriylə...

Yamanyamsılayır ləpələriylə -

Dəryanı,dənizi gölün havası...


Doğuldumsevincə, həm qəmə sakin

Göyərtdimiçimdə həsrətə ta kin!..

Əbülfətolmaqdan qorxmadım, lakin -

Üşütdüiçimi çölün havası...


***

Hərgün özüm özümə söz verirəm ki, kədərin, qəmin daşını sapanda qoyub qolumun gücüçatdığı qədər uzaqlara atacam...

Vəhər gün də verdiyim sözün sahibi olmaq üçün həmin o kədərin, qəmin daşınıaxtarıram, onun içərisinə qoyacağım sapandı da... Amma tapa bilmirəm. Hətta hərdənbirini tapıram, o birini yox. Bax onda rəhmətlik Nüsrət Kəsəmənlinin "Birivardı, biri yox" şeiri yadıma düşür.Həyatdan gələn, şairin iç dünyasını ifadə edən o şeirin fonunda mən dəöz dərdimi, kədərimi, daha doğrusu, onun daşını və sapandını tapmayıb verdiyimvədin gözlərinə baxmaqdan çəkinirəm. Və hətta o vədi niyə verdiyimə görə özümüqınayıram. Gərək belə etməyəydim! - deyirəm özüm özümə. Qoşulaydım hamıya, gedəydimdərdimlə, qəmimlə yol-yoldaşı kimi ən uzaq səfərlərə. Bəlkə elə həmin yollarda sözümüz çəpləşəcəydi...fikirlərimiz haçalanacaqdı... özümüz səssizcə ayrılacaqdıq bir-birimizdən...

Ağlımagələn bu fikrin reallığına inanmasam da, amma ondan da vaz keçmirəm ki, bir təsadüfdə ola bilər. Elə bir təsadüf ki, əynimə geyindiyim, boyuma biçilmiş dərdi-qəmialar əlimdən, götürüb aparar... Əgər belə olsa, yəni bu təsadüf reallaşsa, gerçəkləşsə,onda mənimlə kim qalmış olacaq? Ən çox istinad etdiyim, ən çox sarıldığım,canıma-qanıma hopub illərlə doğmalaşdığım, dərdi-qəmi əlimdən alıb əvəzində nəverəcəklər mənə? Onsuz yaşamaq olarmı? İnanmıram. Düzdür, ən doğma adamlar mənihəmişə özünə dərd axtaran, özü üçün qəm yaradan biri hesab etsələr də, mənonları qınamıram, heç incimirəm də onlardan. Çünki gördüklərini, müşahidələrinideyirlər. Və bu yerdə ağlımdan gəlib keçən bir fikri də deyim ki, bir halda ki,özüm-özümə dərd, qəm yarada bilirəmsə, bu yaratdıqlarımdan niyə imtina edim?Ümumiyyətlə, yaratdığından imtina etmək olarmı? Əgər olarsa, deməli, o dərd də,o qəm də atılmış dərdqəm olacaq. Atılmışların isə çox az-az hallarda sığınacağıolur. Mən isə dərdimin, qəmimin küçələrdə veyillənməsini, sığınacaqsızqalmasını heç cür təsəvvür etmirəm. Cismən,ruhən yaşadığım halda onlar niyə kimsəsiz qalmalıdılar. Kimsəsizlik həm də özübir tənhalıqdı. Tənhalığın nə olduğunu özümə qapılanda, öz dünyamdan uzaqlarabaxanda və bir də gözlərim yol çəkəndə daha çox hiss edirəm. Bax, bu şeirdəyazdığım kimi:


Qollarını

bir-birinə

dolayıb...

ürəyində,

ağlındaolanları

bir-birinə

calayıb...

fikirli-fikirli

söykənib

qapıtininə...

vəyol çəkən

gözləriylə

gəlməyəcək

birinigözləyir -

Ürəyim!..

hardasa

uzaqlardançox uzaqlarda

yəni

göyün

obiri üzündə

biridə

qollarıdüyün düşmüş

fikirli...

kirpiklərinəmli

qalıbqapıda -

qaytara,

nədə götürüb apara

bilmir

otağa,

yatağa

közərdir

Ürəyini!..


Beləcə,problemlərin, qayğıların kərpic-kərpic üst-üstə yığılıb dörd divar yaratdığıbir səhnəni, bir meydanı gözünüzün önünə gətirin. Onda görəcəksiniz ki, bu dörddivar bir az evdi... bir az qəsrdi... bir az həbsxanadı... ən çox isə məzardı...Onun içərisində vaxt öldürmək, zaman əritmək mənim bəxtimə, mənim taleyiməyazılmış bir yazıdı.

Mənbu fikirlərin ağırlığını, yaratdığı assosiasiyanı çox gözəl başa düşürəm.

Ammayazmaya da bilmirəm. Ona görə ki, sığındığım, sirlərini bölüşdüyüm yalnız LALDÖRD DİVARDI! Əgər o lal dörd divarın nə vaxtsa dili açılsa, etdiyimiz söhbətləribəyan etsə, onda...

Hə,onda elə bil ki, qaranlıq otaqda qəfildən lampalar alışacaq. Ramiz Rövşəndemiş, hər şey görünəcək, özü də olduğu kimi. Onda elə mən də sizə yenidəngörünəcəm, olduğum kimi. Və biləcəksiniz ki, bu misralar da təkcə onun üçündeyil, həm də sizin üçün yazılıb. Və siz, eləcə də O, dörd divarla mənimdoğmalığıma, ünsiyyətimə ən azı bir iynə boyu həsəd aparacaqsınız. Çünki:


Yaralanmış,qanad salmış Qu kimi

Dənizonu... o dənizi... bu kimi?!

Ürəyiməhava kimi, su kimi -

Çəkdiyimidörd divara danışdım...


Yüyürməklə,büdrəməklə gələn, mən

Yoluzunu xəlbirlənnəm, ələnnəm...

Gözlərinibu gözlərim qələmnən -

Çəkdiyimidörd divara danışdım...


Acılarışəkər edən, qənd edən

Qəndolanı bir-birinə bənd edən...

Həranımda gecikməyi dərd edən -

Ləngliyimidörd divara danışdım...


Zaman-zamantoparlanıb 10 özü

Məndənönə gəlib keçib son özü...

Ümidadlı son güvəni, son sözü -

Əkdiyimidörd divara danışdım...


Qəlboynadan bu gəlimdi, gedimdi

Neynim,ya da axı necə edimdi?!

Onsuzanlar Əbülfət də yetimdi -

Təkliyimidörd divara danışdım...


Bəli,bu dünyanın hər üzünü, daha doğrusu, özüm olub yaşadığım üzünü bir az görmüşəm,bir az da görməyə çalışıram. Sonuncu görmək istəyim Allahın verəcəyi ömürdənasılıdır. Sadəcə, içimdə bir bitib-tükənməyən, məni hər zaman od üstündəsaxlayan bir dilək var. O da müəyyən pisliklərin sonunu görmək, müəyyən pislərin yaxşılığa doğru dönüşünü görmək və ən vacibiisə içimdəki sənlə özümün bu gördüyüm dünyadakı anlaşmasını yaşamaqdı. Əgər onuyaşaya bilsəm, mələklərin müjdəçisi olduğu o biri dünyada da ümidin sönməyəcəyinəinanacam.


TƏQVİM / ARXİV