adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
21 Sentyabr 2018 17:15
11503
MƏMLƏKƏT
A- A+

Jurnalist Rauf Ağayevin 60 illiyi qeyd olundu

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Mətbuat Şurası və Ahıl Jurnalistlər Məclisinin təşkilatçılığı ilə jurnalist-publisist Rauf Agayevin 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə millət vəkili Aqil Abbas, Ahıl Jurnalistlər Mərkəzinin rəhbəri Məzahir Süleymanzadə, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, İTV baş direktorunun müşaviri Cahangir Məmmədli, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli, "Ədalət” qəzetinin baş rekatoru İradə Tuncay, tanınmış jurnalistlər, R. Ağayevin tələbə yoldaşları və tələbələri iştirak ediblər.

Adalet.az xəbər verir ki, M. Ələsgərli tədbirdə Mətbuat Şurası adından təbrikləri çatdırıb.

Məzahir Süleymanzadə də R.Ağayevi təbrik edib, yaxın zamanda mərkəzin üzvlüyünə təntənəli surətdə qəbul edəcəklərini vurğulayıb. M. Süleymanzadə Ahıl Jurnalistlər Mərkəzi adından R.Ağayeva qızıl qələm hədiyyə edib.
R. Ağayevin müəllimi olmuş Cahangir Məmmədli onun təhsil aldığı illərdən, onların xüsusi fəallığı ilə seçilən qrupundan danışıb: "Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bu qrup qədər ictimai fəal olan ikinci bir qrup olmayıb. Nə ondan əvvəl, nə ondan sonra. Hazırda onların hamısı peşəkar jurnalistdir. Onların içində Rauf da gözəçarpan, tələbəlik dövründən öz yazıları ilə seçilən jurnalistdir. Jurnalistika fəkültəsində təhlil üçün yazı yazdırırdım, onların yazı qabiliyyətini yoxlayırdım. Rauf öz qələmi ilə hər zaman seçilirdi. Onun ixtiyarı nə idi ki, o cür qrupun içində zəif tələbə, zəif jurnalist olsun. Biz hamımız səni çox istəyirik. Həmişə də yanındayıq, necə ki, sən bizim yanımızdasan”.

Rauf Ağayevin tələbə yoldaşı Allahverdi Məmmədli də təbriklərə qoşulub: "Bir insanı ki 40 ildir tanıyırsan, şübhəsiz, onun haqqında çox fikir deyə bilərik. O, bir nəfər haqqında yazı yazmışdı. Yazıda qeyd olunub ki, həyat dumanlı, düz və əyridir. Mənə belə gəlir ki, hər kəs öz yazısında özündən yazır, özünü ifadə edir. Bu mənada Rauf işıqlı adamdır. Mən Raufun ad günündə onunla bərabər, ailəsini də təbrik edirəm. Siz bir nümunə jurnalistsiniz”.

Tədbirin digər iştirakçıları da çıxış edərək, Rauf Ağayevin həyat fəaliyyətindən, yaradıcılığından və jurnalistikada tutduğu mövqedən danışıblar.