Müəllimlərin işə qəbulunun üçüncü turu başlayır
Sentyabrın 22-də 2018-2019-cu tədris ili üçün Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətli müqavilə əsasında müəllimlərin işə qəbulunun üçüncü turu üzrə elektron sənəd qəbuluna başlanılır.
Nazirlikdən Adalet.az-a verilən məlumata görə, üçüncü turda müddətli müqavilə ilə müəllimlərin işə qəbulu üzrə birinci və ikinci turlarda uğur qazanmayan, müəllimlərin işə qəbulu üzrə builki və ötənilki müsabiqədə iştirak edən şəxslər qatıla bilərlər. Müəllimlərin işə qəbulu üzrə ötənilki müsabiqədə uğur qazanmış müəllimlər ikinci iş yerində müddətli müqavilə ilə işləmək məqsədilə bu prosesdə iştirak edə bilərlər.
Tədris ili ərzində ümumtəhsil müəssisələrində vakant yerlər yarandıqca İnsan Resursları Mərkəzi tərəfindən proqram təminatı tətbiq olunmaqla mərkəzləşmiş qaydada müvafiq proses həyata keçiriləcək.
Bakı şəhərinin ümumtəhsil müəssisələrinə ibtidai sinif müəllimlərinin müddətli müqavilə ilə işə qəbulu əvvəlki turlarda olduğu kimi Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən həyata keçiriləcək.
Müddətli müqavilə ilə müəllimlərin işə qəbulunun üçüncü turu üzrə elektron sənəd qəbulu sentyabrın 23-dək davam edəcək.
Digər Xəbərlər
24 Aprel 2024 14:10
Qırğızıstan tərəfindən Ağdamda məktəb binası inşa ediləcək
24 Aprel 2024 13:27“Təhsil haqqında” qanuna dəyişiklik edildi - FƏRMAN
23 Aprel 2024 18:53Magistraturaya ikinci cəhd qəbul imtahanı keçiriləcək
23 Aprel 2024 16:57Avtomatı gözübağlı söküb-yığan məktəbli təltif edilib
23 Aprel 2024 16:28