adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
21 Sentyabr 2018 14:45
7743
MƏMLƏKƏT
A- A+

Dövlət Gömrük Komitəsinin sədri Lənkəranda vətəndaşları qəbul edib

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Lənkəran şəhərində vətəndaşları qəbul edib.

Komitədən Adalet.az-a verilən məlumata görə, S.Mehdiyev qəbuldan öncə ulu öndər Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Qəbulda bölgədə yerləşən - Lənkəran, Astara, Lerik, Masallı, Yardımlı rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinlənilib. Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Səfər Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.