adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
21 Sentyabr 2018 12:51
7808
MƏMLƏKƏT
A- A+

Biz dəqiqliyi sevmirik

Azərbaycanlıların əksəriyyəti həmişə yoxsul yaşayıblar, neft amili olmasaydı, ümumiyyətlə sosial durumumuzda heç bir dəyişiklik olmazdı bu günə kimi.

Düşünürəm bu təməl psixologiadan irəli gəlir ki, biz pulu dərk etmirik. Burada çox məsələlər var, pulu dərk etməyimizə mane olan amillər var.

Başqasına görə yaşamaq, el-aləm deməz ki bu niyə belədir?, təsadüfən pul görmək, birdən-birə çoxlu pul qazanmaq, pulun hərisinə çevrilmək, Və s.

Bu görünən tərəflərdir. Əslində isə, görünməyən, fəlsəfi olan budur ki, biz qızıl ortanı tapa bilmirik. Qızıl orta Aristotelldən üzü bizlərə gələn bir məvhumdur. Məsələn: ifrat eqoizmlə ifrat fədakarlığın ortası, mütləq ekonomist olmaqla mütləq simincliyin ortası, (hansı ki israfçılığa bir başa gətirib çıxaran səbəbdir) və s.

Bu tipp məsələlərdə arzu olunan orta çətin tapıldığı üçün buna qızıl orta deyilir. Qızıl çətin tapılır. Biz həmin o qızıl ortanı tapa bilmirik.

Necə ki sosial sferalarda tapa bilmirik: Mağazaya düşmək üçün də ayrıca paltar alırıq, mağazadan məhsulu alanda səhəri gün qonağımız olacaqsa məhsulun üzərindəki istifadə müddətinə baxırıq və s; Pul məsələsində də həmçinin, qızıl ortanı tapa bilmirik, halal zəəhmətlə təmizliklə fəxr etməkdənsə, kasıblığımızdan utanırıq.

İlk baxışdan adama elə gələr ki, pulu dərk etməməyimiz, xərcləyə bilməməyimiz pulun necə qazanılmasından irəli gəlir, yəqin zəhmətlə qazanılmır və s. Kifayət qədər zəhmətlə qazanan adamlar var cəmiyətdə, onlar da pula qarşı diqqətsiz, naşıdırlar. İndi gəlirəm yazdığım başqası nə deyər ffaktorunun üzərinə. Bizdə kimsə kiməsə qəpiyini güdən deyirsə, daha çox bunu russ dilində deyirlər özü də, Kapeyşik. Öncə hamı çalışır ki bu sözü eşitməsin özünə qarşı. Çünki, Bu ifadə bizdə söyüş kimidir. Əgər Kimsə özünə qarşı bu sözü eşitsə san ki söyüş götürür üstünə, tez çabalayır ki, bu söyüşün altından çıxsın.

Adam Görür ki, ona bu kəlmə baha gələcək, san ki, adına qoşulan bir söyüşə çevrilir, ona bu sözü deyən adam bir iki nəfərin də yanında təkrar deyirr, artıq hamı bunu belə tanıyır, adına söyüş qoşulur. Avtomatik olaraq adam palaza bürünür, xəsis görünməkdənsə israfçı olmağa, israfçı görünməyə qaçır. Bax bu qaçış bizə həmin o qızıl ortanı ayaqladır, taftalayıb keçirik israfçılığa.

Qapı pəncərəyə çox pul xərcləyirik ki, kənardan baxan nə deyər? Geyimimizə çox pul xərcləyirik ki, görən nə deyər?, və s.

İsrafçılığın səbəbləri çox olsa da sonu eynidir. Nəticədə həmin o adına söyüş qoşulduğunu düşünən zəhmətkeş adam, gəlir dünənin yetim-yesiri olan, pulu təsadüfən görüb tormozlaya bilməyən, kiməsə təyyarə bağıışlayan, bir maşından 5-6 rəngdə alan, dayanacaqda iyirmi qəpiklik bakubas`ı gözləyən bir qızın yanına çat ha çatda yüksək sürət yığıb üstünə yağış suyunu çilədərək bahalı maşınla keçən bir tipplə eyni situasiaya düşür. Hər ikisi də israfçı çıxır.

Bir şeyi nəzərə alın, rahatçılıq o deyil ki sizin hər şeyiniz ən yaxşısından olsun, rahatçılıq odur ki, ehtiyaclarınız minimum olsun, nələrəsə olan ehtiyacınızı minimuma endirməyi bacarasınız, daha dəqiq açması belədir ki, Var-dövlət qayğılarımızı azaltmır, sadəcə bir qayğını digəri ilə əvəz edir.

Əslində deyilən kapeyşik ifadəsi pis ifadə deyil, dəqiqlikdir, biz isə dəqiqliyi sevmirik. Bu hər sahədə belədir, müəllim işə gecikir - tələbə yuxudan durmağa. Valideyin övladını sərbəst yetişdirməyə gecikir – Övlad həyatı dərk etməyə və s..