adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
21 Sentyabr 2018 12:45
6241
HADİSƏ
A- A+

Bakıdakı dəhşətli qəza ilə bağlı rəsmi MƏLUMAT - 4 ölü

Daxili İşlər Nazirliyi Bakıdakı dəhşətli qəza ilə bağlı rəsmi məlumat yayıb. DİN-dən bildirilib ki, sentyabrın 20-də saat 18 radələrində Xətai rayonu ərazisində Bakı şəhər sakini Anar Əzimov idarə etdiyi "Hyundai” markalı avtomobili yolun kənarındakı metal dirəyə vurub. Nəticədə sürücü və sərnişinləri - həmyerliləri Həsən Məmmədsadıqov, Nurlan Rüstəmov və Qəbələ rayon sakini Hafiz Bilalov hadisə yerində ölüblər.

Xətai RPİ tərəfindən araşdırma aparılır. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.