adalet.az header logo
  • Bakı 6°C
22 Sentyabr 2018 12:13
13261
DÜNYA
A- A+

Moskvadan Trampa: “Odla oynamaq axmaqlıqdır”

Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ prezidenti Donald Trampa odla oynamamağı məsləhət görüb.

Bu barədə Rusiya xarici işlər nazirliyinin rəsmi saytında yazılıb.

"Onlar gərək ABŞ-Rusiya əlaqələri ilə çalxaladıqları qlobal stabillik haqda fikirləşsinlər. Odla oynamaq axmaqlıqdır axı bu təhlükəli ola bilər” – Ryabkov bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək əmri verib.