adalet.az header logo
  • Bakı 7°C
21 Sentyabr 2018 12:07
11637
DÜNYA
A- A+

Türkiyədə 110 hərbçi həbs edildi

Ankara Baş Prokurorluğu 110 şübhəli hərbçi həbs qərarı çıxarıb.

Adalet.az xəbər verir ki, FETÖ-çü olduğu iddia edilən hərbçilər arasında polkovnik və polkovnik-leytenantlar da var.

Ankara Baş Prokurorluğunun açıqlamasına görə, Türkiyə Hərbi Hava Qüvvələri komandanlığında çalışan hərbçilərlə FETÖ və digər terror təşkilatlarına mənsub şəxslər arasında bağlantılar aşkarlanıb. Müxtəlif texniki vasitələrlə həmin təşkilatlara xəbərlər ötürdüyü deyilən 110 nəfər həbs olunub.

Qeyd edək ki, nəzarətə götürülən şəxslərin hamısı hazırda vəzifədədir və beş nəfəri pilotdur.(modern.az)