adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
21 Sentyabr 2018 10:48
10876
SİYASƏT
A- A+

Elmar Məmmədyarov Nyu-Yorka yola düşüb

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 73-cü sessiyasının ümumi müzakirələrində iştirak etmək məqsədilə Nyu-York şəhərinə işgüzar səfərə yola düşüb.

XİN-dən Adalet.az-a verilən məlumata görə, səfər çərçivəsində nazir Elmar Məmmədyarovun BMT Baş Assambleyasının ümumi müzakirələrində çıxışı, BMT-nin cari sessiyasının gündəliyinin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirakı və ikitərəfli əsasda çoxsaylı görüşləri nəzərdə tutulub.