adalet.az header logo
  • Bakı 7°C
20 Sentyabr 2018 18:46
6798
GÜNDƏM
A- A+

Nazirlik və Agentlik memorandum imzaladı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb.

Memorandumu nazir Sahil Babayev və Agentliyin İdarə Heyətinin sədri Orxan Məmmədov imzalayıb.

Nazir bildirib ki, dövlət başçısının kiçik və orta sahibkarlığınınölkə iqtisadiyyatında rolunun artırılması ilə bağlı addımları sahibkarlığın inkişafına göstərilən diqqətdir:

"Həyata keçirilən tədbirlər nəticəsində qeyri-neft sektorunun sürətli və rəqabətə davamlı inkişafı təmin olunub. Yeni istehsal sahələri yaranıb və yerli istehsal hesabına idxalı əvəz edən məhsulların həcmi yüksəlib.

Sahibkarlıq subyektinin sayı dörddəfə artıb və özəl sektorun məşğulluqda payı 75 faizi keçib. Düşünürük ki, imzalanan memorandum bizə yeni bir platforma yaradacaq.Burada ana xətt vətəndaşlara yüksək səviyyədə xidmət göstərərək, vətəndaş məmnunluğunu təmin etməkdir”.

Agentliyin idrə heyətinin sədriOrxan Məmmədovbildirib ki, imzalanan memoramdum məşğulluğuntəmin olunması səviyyəsinin yüksəldilməsi məqsədlərinin səmərəli reallaşdırılması və əlaqələndirilməsi baxımından inkişaf çağırışlarına cavab verən yeni əməkdaşlıq və tərəfdaşlıq formalarını müəyyən edir:

"Kiçik bizneslərin yaradılmasının təşviqi rolu ilə özünüməşğulluq, əhalinin sosial həssas qruplarının məşğulluğunun təmini əsas prioritetlərindəndir. İmzalanan memorandum göstərilən istiqamətdə birgə səylər üçün bu platformanı inkişaf etdirəcək”.

O.Məmmədov qeyd edib ki, nazirlik tərəfindən yaradılan "DOST”agentlik tərəfindən formalaşdırılmaqda olan kiçik və orta biznesin dostları şəbəkəsikimi yeni institutlar arasında səmərəli əməkdaşlığın birgə məqsədlərinin reallaşdırılması üçün geniş imkanlar yaradacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında imzalanan memorandum çərçivəsində 30-a yaxın fəaliyyətin birgə təşkili və hətta keçirilməsi barədə razılığa gəlinib”.

Orxan Məmmədov ilk KOB evlərinin 2019-cu ildə açılacağını da bildirib:

"Bu evlər sahibkarlar üçün fəaliyyət göstərəcək. Kiçik və Orta biznesin inkişafı agentliyi nəzdində yaradılacaq. 35 dövlət qurumu fəaliyyət göstərəcək”.