adalet.az header logo
  • Bakı 7°C
20 Sentyabr 2018 17:06
11173
MƏMLƏKƏT
A- A+

“Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi seminar təşkil edəcək

Sentyabrın 21-i saat 15:00-da Mingəçevir Gənclər Evində, "Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyi seminar təşkil edəcək.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən "Uşaqların zərərli dini cərəyanlardan qorunması üçün regionlarda seminarların təşkili" adlı seminarda qloballaşma şəraitində milli-mənəvi dəyərlərimizin ciddi aşınmaya məruz qalması, ölkədə din azadlığı adı altında uşaqların məqsədli şəkildə ayrı-ayrı təriqətlərə cəlb edilməsindən danışılacaq. Seminara hər kəs dəvətlidir.