adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
20 Sentyabr 2018 16:27
5198
HADİSƏ
A- A+

Sumqayıtda nənə və nəvəni maşın vurdu - Qadın öldü

Sumqayıt şəhəri 43-cü məhəllənin ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən Adalet.az-a verilən məlumata görə, sentyabrın 19-da saat 11 radələrində Sumqayıt şəhəri 43-cü məhəllənin ərazisində şəhər sakini Fariz Xəlilov idarə etdiyi "Ford” (yük) markalı avtomobillə yolu keçən həmyerliləri Ətifə Kəlbəliyevanı və nəvəsi – 6 yaşlı Röyal Kəlbəliyevi vurub. Nəticədə qadın hadisə yerində ölüb, azyaşlı isə xəstəxanaya yerləşdirilib.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.