adalet.az header logo
  • Bakı 7°C
20 Sentyabr 2018 15:59
5577
HADİSƏ
A- A+

Ər-arvad qonşuları tərəfindən döyüldü

Ağstafa rayonundaər-arvad qonşuları tərəfindən döyülüb.

Adalet.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakinləri - 1987-ci il təvəllüdlü Ramiz Aslan oğlu Sultanovvə həyat yoldaşı, 1988-ci il təvəllüdlü Aliyə Zahid qızı Sultanova qonşuları tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların hər ikisi xəstəxanaya yerləşdirilibvə lazımi tibbi yardım göstərilib. Vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, qonşular arasında müxtəlif səbəblərdən əvvəllər də mübahisə yaşanırmış.

Faktla bağlı araşdırma aparılır.