Rəsmi Bakıdan Paşinyanın Qarabağa qanunsuz səfəri ilə bağlı həmsədrlərə ÇAĞIRIŞ
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində nəzərdə tutulan görüşü ərəfəsində Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə belə bir təxribatçı səfərin edilməsi və səfər zamanı aqressiv bəyanatların səsləndirilməsi Ermənistan tərəfinin qəsdən vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərini işğalçı Ermənistanı danışıqlar prosesinə xələl yetirən bu kimi təxribatçı addımlardan və bəyanatlardan çəkindirmək istiqamətində addımlar atmağa çağırırıq".
Adalet.az-ın xəbərinə görə, bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətinin açıqlamasında bildirilib.
Qeyd edilib ki, Ermənistan son günlər təmas xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşdirilməsi istiqamətində sistematik addımlar atır: "Azərbaycan torpaqlarının işğalı, bu ərazilərdə törədilən çoxsaylı qanun pozuntuları və cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür".
Digər Xəbərlər
18 Mart 2024 20:00
Azərbaycan icması Britaniya Parlamentinə etiraz məktubu göndərib
18 Mart 2024 19:39Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var - Hikmət Hacıyev
18 Mart 2024 17:36"4 kənd təhvil verilməlidir" - Paşinyandan Əskipara sakinlərinə xəbərdarlıq
18 Mart 2024 16:03Azərbaycan Prezidenti: Bundan sonra hər kəs bizimlə hesablaşmalıdır
18 Mart 2024 15:55