adalet.az header logo
  • Bakı 7°C
20 Sentyabr 2018 15:38
10417
MƏMLƏKƏT
A- A+

TƏBRİK

Ömrümüzün, ailəmizin işığı, yaraşığı, sevinci, xoşbəxtliyi olan nəvələrim – Nigar, Aysu və Atilla! Bu gün, yəni sentyabrın 20-si Aysunumuzun ömrümüzə qədəm qoyduğu gözəl tarixdi. Biz bir ailə olaraq hamımız onu bağrımıza basır, 3 yaşın mübrək olsun! – deyirik. Və bütün ailə adından öncə Aysunu, sonra bacısı Nigarı, qardaşı Atillanı, eləcə də anası Fəridəni və atası Babəki təbrik edirik.

Bu təbrikə qoşulur: Babaları, nənələri, bibisi, xalası, dayısı və əmisi Anar bəy! Mən isə şeir payımı hədiyyə edirəm.


Ömrümüzə dünyada

Günəşsən, həm də aysan…

Gerçəkdə, həm röyada -

Tanrı göndərən paysan!


Şıltaqlığın bir aləm

Şirinliyin tükənməz…

Nəvə dadın bilirəm –

Görməsəm, üzüm gülməz!



Səni sıxıb köksümə

Canım, gözüm deyirəm…

Ad gününə Aysunun -

Qurban özüm deyirəm.


Əbülfət MƏDƏTOĞLU