adalet.az header logo
  • Bakı 7°C
20 Sentyabr 2018 14:31
13901
MARAQLI
A- A+

SÜLH GÖYƏRÇİNLƏRİNİN ZIĞININ QOXUSUNDAN UYUMUŞUQ

NATO başkanının müavini, adı yadımdan çıxdı, olsun Con Elvis və ya Elton Con fərq etməz, deyib ki, NATO Qarabağ probleminin həllini sülh yolu ilə görür. Və bu məsələdə ATƏT-in səylərini («səyləmə» sözünün bir variantı da Azərbaycan dilində «gic» deməkdi) yüksək dəyərləndirir. Bunu Rusiya da deyir, Birləşmiş Millətlər Çayxanası da deyir, Amerika da deyir, Fransa da, İngiltərə də, Mirzə Cəlil demiş, daha nə bilim hansı kərtənkələ də. Amma bu sülh yolu nədi – 26 ildi onu deyən yoxdu. Bunu bir açıqlayın, deyin, biz də bilək də, noolar? Bilirsiniz niyə demirlər, çünki özləri də bilmirlər.

Yeri gəlmişkən, Türkiyənin Balıkəsirmi, ya hansısa şəhərində göyərçinləri qırırlar ki (çinlilər sərçələri qıran kimi), şəhəri zığlayıb qoxudurlar.

Heyvanına şükür, Allah.