Nicat NOVRUZOĞLU: Sözünüzün arasında reklamlar dursun

NİCAT NOVRUZOĞLU
59375 | 2018-09-21 10:17

«…Ən rahat pampers bizim pampers. Yumşaq və rahat, həm də yarımilli – pambığıbizdən, istehsalı Türkiyədən. Qiyməti sərfəli. Təzə anadan olmuş cocuqdan adına o dünyadaqayib yazılanlara qədər hər kəs istifadəedə bilər. Şəhərdəki pullu ayaq yollarına da ehtiyacınız qalmasın».

«…İpəkkimi yumşaq və gözəl qoxulu qadınlarınən çox sevdiyi bez paketlər. Günlük və aylıq. Baxın, necə də incədi».

«…Buprezervativlər həm ehtirası artırır, həmdə sizin sağlamlığınızın qoruyucusudu. Onsuzda şəhər ərəblərlə doludu. Ehtiyat igidinyaraşığıdı».

«…Kişiürəyi. 80 yaşında Həsənqulunun ən çox sevdiyihəb. Fransız istehsalı. Qarısı hər səhər mətbəxdə fıştırıq çalır».

«…Bağırsaqlarınız bağlanıb, bu sizə əziyyət verir? Almaniyanın Şanxay şəhərində istehsal olunmuş bu dərmandan bir qaşıq atırsız 3 litrlik balona, qarışdırırsız , 1 saatdan sonrabütün balonu çəkirsiz başınıza , bağırsaqlarınız gül kimi tərtəmiz olacaq. Şəhərimizinbütün apteklərində var».

«…Ostroxondrozsunuz? Fransanın Bombey şəhərində istehsal olunmuş, banqladeşlimütəxəssislərin də uğurla sınaqdan keçirdiyibu darmanı (dərman yox, darman) sürtürsünüz ağrıyan yerlərinizə, bir saatdan sonra kukla kimi olacaqsınız.

«…Gecəyata bilmirsiniz, tez-tez su başına gedirsiz, xanımınız da sizdən incikdi? Bu darmandanbir xörək qaşığı tökürsüz bir stəkana, sonra içirsiz, of bə! Şaban demiş, həyat varmış».

«…Cinsi zəifliyiniz var, bu həblərdən atın, sonra ərəbatı kimi kişnəyəcəksiz».

«…Zəifləmisiz,yorğunsunuz, elə bil üstünüzdən tank keçib? ABŞ-ın Urumçişəhərində hazırlanmış bu həbləri səhər-səhəryeməkdən yarım saat əvvəl atın. Bir saatdansonra təsirini göstərəcək. Özünüzü ABŞ-ın dəniz piyadaları kimi hiss edib Suriyanı bombalamaqistəyəcəksiz».

«…Budərman milli dərmandı, yerli istehsaldı. Şəhərimizin bütün apteklərində reseptsizsatılır. Qarnınız ağrıyır? Gündə üç dəfəyeməkdən sonra içirsiz, on beş gündən sonraqarın ağrınız kəsəcək. Özəlliyi ondadır ki, təbii otlardanhazırlanıb və 3 litrlik balonlarda satılır. Qiyməti də ucuz - 4 kilo quzu əti qiymətinə».

«…Saçınıztökülür? Qəti qorxusu yoxdu. İngiltərəninDehli şələrində pakistanlı mütəxəssislərin çalışdığı əczaçılıq fabrikində hazırlanmış buhəbləri verirsiz qonşunuz içir, onun da saçı tökülür . Siz də hər səhər qonşunu görəndə dilxor olmursuz».

«…Xərçəngerası bitdi. Daha qorxmaq lazım deyil. İranın Həmədan şəhərində erkək aslanınsüdü ilə, ilanın yuvasının ağzında bitmiş yarpızla, xoruzun yumurtasınınsarısı ilə qarışdırılaraq hazırlanmış buqeyri-adi darmanı sürtürsüz qayınananızın ayağının altına, vəssalam. Xərçəng qayınananızınqorxusundan sizdən əl çəkəcək».

«…Antipolis.Bu darman Yaponiyada hazırlanır. Yarım litr rus vodkasını vurursuzbədənə, üstündən də bu darmanın həbindənatırsız. O qədər təsirlidir ki, sonra gedibmaşınla girirsiz ağaca, aparırlarsizi xəstəxanaya, polislər tökülüb gəlir, nə qədər çalışırlar sizin içkili olduğunuzu sübut edə bilmirlər. Yaponiyadasatışı qadağan olsa da, biz demokratik ölkəyik, bizdə açıq satışdadı».

«…Təngənəfəssiz?Bir də Duzdağ sanatoriyasına getməyə ehtiyac yoxdu. Hər səhər yerinizdən duran kimi dərhal bir siqaret çəkirsiz. Qorxmayın, siqaret tütündən deyil, samançöplərindən, gözəl meşələrimizin növbənöv ağaclarının qurumuş yarpaqlarından hazırlandığından özünüzüKislovodskidə hiss edəcəksiz».

Darıxmayın,hörmətli televiziya tamaşaçıları. Hələ reklamlarımız çoxdu, milli və ya qeyri-milli. Sabahkı proqramlarımız milli mallarımızın reklamına həsr olunacaq. Reklamsızbir saatımız olmasın! Düzdür, arada kinodan, konsertdən verib reklamlarımız kəsilir, yaxın gələcəkdəbu barədə daha ciddi ölçü götürüləcək.

P.S. Başlıqdakı ifadə yazıçı Seyran Səxavətə məxsusdu.

Yazını əvvəlini BURADAN oxuya bilərsiniz

TƏQVİM / ARXİV