adalet.az header logo
  • Bakı 7°C
20 Sentyabr 2018 13:14
4111
GÜNDƏM
A- A+

Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək

Dövlət Gömrük Komitəsində çalışan 3500 əməkdaş imtahan verərək attestasiyadan keçiriləcək.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev VII "Beynəlxalq Caspian Energy Forum Baku–2018”də bildirib.

"Attestasiya imtahanından keçməyənlər gömrük sıstemindən xaric ediləcəklər. Çalışırıq ki, əməkdaşlarımız 1 ildən artıq eyni yerdə işləməsinlər. Hazırda 3500-ə yaxın əməkdaşımız var. Onların hamısı rotasiya qaydasında çalışır", - deyə İqbal Babayev qeyd edib.

İ.Babayev hazırda ölkədə 50 gömrük postunun fəaliyyət göstərdiyini deyib. Bildirib ki, bu gömrük postlarından 31-i sərhəd, 19-u isə yerlərdə yaradılmış gömrük postlarıdır. Eyni zamanda, 5 gömrük idarəsi yaradılıb.