Hansımız daha dustağıq? – Ayxan Ayvaz yazır…

27578 | 2018-09-20 10:29


(qırıq-sökük fikirlər)

Mənə desəydilər nə etmək istərdin: deyərdim, uçmaq.

Göylərə həvəsim uşaqlıqdan başlayıb. Onda yuxarıda ulduzlardan savayı nəyinolub-olması haqqında təsəvvürüm yox idi. Çərpələng uçura-uçura keçdiuşaqlığımız.

Bəzən bizim öz içimizə qapanmağımız, heç nəyə cəhd göstərməməyimiz çoxşeylərdən bizi məhrum edir. Həmişə qorxuruq: birdən alınmaz. Bacara bilmərik.Qınaq obyektinə tuş gələrik. Birdən nə deyərlər? Lağa qoyarlar, gülüş hədəfiolarıq. Hamı barmaqla bizi göstərər. Bütün uğursuzluqlarımızın səbəbi budur.Biz nəyisə əldə etmək üçün heç nə etmirik, eləcə İlahi qüvvədən hazır-halvaqabağımıza qoyulacağına inanırıq. Hey-hat! Kimdir sənə hazır halva verən?Uğursuz insan yoxdur, uğursuz cəhd var. Sən nəyisə əldə etmək üçün cəhd edirsənvə bu səfər alınmır. Heç vaxt demə ki, mən uğursuzam. Çünki insan uğursuz yaranmayıb. Cəhd isə uğursuz ola bilər. Nə qədərinsan məhz bu cəhdlərin sayısını artıra-artıra uğur əldə edib.

Həmişə uğursuzluğa düşəndə özümü qəsdən həbsə salıram. Əzab verirəm, işgəncəverirəm özümə. Halbuki düşüncəni özgürlüyə buraxmaq, onun hava almasına, günəşigörməsinə şərait yaratmaq lazımdır. ZenBuddizm nə deyir? Düşüncələrinizi azadlığa çıxarın. Heç nədə ilişib qalmayın. Həyatınızıbir film kimi düşünün. Oturub onu seyr edin. Əzab çəkmədən, iztirab çəkmədən təbiətlə,bir ağacın budağından düşən yarpağın, ya da çayın gur səsindən zövq alın. Həyatıbütöv görün. Ana görə, doya-doya yaşayın.

Özgürlükdən danışmaq istərdim. Necə deyərlər, qələm aciz, söz acizdi.Axı, özgürlüyü necə anladım? Zatən, anlatsam, nə çıxar, onsuz da onu ortaya sərəbilməyəcəyəm.

Biz məğlub olduğumuzu boynumuza alan insanlardanıq. Azadlığın olmadığınıanlamaq üçün öz istedadını qurban verənlər var. Heç o, qapanmış yaraları təzədənqaşıyıb açmayaq.

Bəzən unudulduğumu düşünəndə bir sual məni narahat edir: Axı, insan necəunuda bilir kimisə? Bu mümkündürmü?

Azadlığın qolları açılır və göylərə pərvazlanır. Geridə qalanlarunudulur, yaddan çıxır. Yox, ən yaxşısı, üstünü toz basır.

***

Riçhard Bax "Conatan Livinqston adlı qağayı” romanında bunlardandanışır. Özü pilot olub. Yəqin heç də təəccüblü görünməz. Uçuş haqqında yazan yəqingöylərdə çox olan adam olar, başqası olmaz.

Burdakı qağayı simvolikdir. Əslində insanın azadlığa qovuşmağı yazıçınıdüşündürən məsələdir. Conatan içində olduğu mühitdən, cəmiyyətdən qovulur. Səbəb:o azad olduğunu getdikcə anlayır. İnsan da belədir. Kim ki, fərqli düşüncəsahibidirsə, azaddırsa cəmiyyət onu yıxmaq istəyir. Ancaq Riçhard Bax əsərixoşbəxt sonluğa daşıyır: getdikcə daha yüksəklərə uçan qağayıların sayı artır.

Azad olmaq üçün qışqırmaq, səs-küy salmaq lazım deyil. Yaradılış, mənəgörə, özlüyündə azad ola bilər, amma bütünlükdə bu bir az çətin məsələdir.İnsan bütöv olaraq özgür ola bilmir, haradasa dirənir, ləngəyir.

Azad olmağı yanlış anlamayın lütfən. Hər zaman bu azadlıq deyilən şeyüstündə neçə-neçə igidlər can verir. Düz sözümdü. Əslində yaradıcılıq insanınazad olması ilə olmaması arasında gedib-gələn prosesdir. Ona görə də özgürlükvarmı, yoxmu, deyə o qədər də düşünməyin. Necə deyərlər, kef eləyin!

Yalandan azad görünmək lax yumurta kimidir, sonda onun nə olduğubilinmir.

Özün olmaqdır azad olmaq. Gərək əvvəl sən özün olmağı bacarasan. Heç olmasaonca faiz…

Bir yazıçının da (deyəsən, Con Steynbekin idi) dediyi kimi, özün ol,başqalarından onsuz da var. O zaman hə, azad insan haqqında düşünə bilərik.

Biz yalnız düşüncələrimizi dəmir barmaqlıqlardan xilas etsək o zamanazadlığa qovuşacağıq. İnsan hər şeyə ilişir, buna görə əsəbləri tarıma çəkilir,günlərlə yuxusuz qalır, həyatını qəsdən işgəncəyə çevirir. Halbuki belə baxandaelə də ciddi bir şey deyil bu. Çox sadə bir səbəb insana əzab verə bilir. Bu daona görədir ki, biz hələ də düşüncələrimizi həbsxanada saxlayırıq. Onu azadlığaburaxa bilmirik, qəfəsdən quşu çıxarıb pəncərədən buraxmaq kimi.

Bizi esir ettiler,

bizi hapse attılar :

beni duvarların içinde,
seni duvarların dışında.

Ufak iş bizimkisi.
Asıl en kötüsü :
bilerek, bilmeyerek
hapisaneyi insanın kendi içinde taşıması...

Nazim Hikmətiyadınıza salın. Təsəvvür eləyin ki, on üç il həbsxanada olan adam azadlığaçıxır, Türkiyə höküməti deyir, hazırlaş gedirsən əsgərliyə. Yaş 51, artıq əsgərlikdəxidmət edə biləcək fiziki gücdə deyil Nazim. Belə olanda, Moskvaya qaçır vəömrünün sonuna qədər orda yaşayır. Həyatı boyu dəmirbarmaqlıqlardan öz sevdiklərinəbaxan Nazim Hikmətin şeirləri isə adamı yaşamağa səsləyir, içimizi həyat eşqiilə doldurur. Məsələ, şairin də dediyi kimi, "insanın bilərək, ya da bilməyərəkhəbsxananı içinə köçürtməyidir”. Vəssalam. Başqa heç bir səbəb yoxdur. Bizimazadlığımızda özümüzündür, həbsxanamız da.

Gəlin öz həbsxanamızınqapılarını açaq: orda uzun illər dustaq həyatı yaşamış hislərimiz, sevgimiz, təbəssümümüz,gülüşümüz, sevincimiz, xoş düşüncələrimiz çıxsın. Onlar doya-doya nəfəs alsın,baxışları ilə günəşi qucaqlasın.

Boş, kimsəsiz yerləriinsanlarla dolduraq baxışlarımızla. Dünyanı bir məhəllə kimi görək, hər kəsinbir yerə yığışıb söhbət etdiyi, bir-birini anladığı, sevdiyi bir məhəllə. Biranlıq təsəvvür eləyin. Gözəldir? O zaman gedək çərpələng uçuraq!


TƏQVİM / ARXİV