adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
19 Sentyabr 2018 23:09
5979
GÜNDƏM
A- A+

Neftçilər günü

Hacı Baxşəli Əliyev
"Neftqaztikinti" tresti,
TTNŞ-nin rəis müavini
Azərbaycan Jurnalistlər
Birliyinin üzvü

Bu bir gerçəklikdir ki, karbohidrogen ehtiyyatları ilə zəngin olan Azərbaycan Respublikası Dövlət müstəqilliyini əldə etdikdən sonra neft-qaz yataqlarının aşkarlanması və istismarı istiqamətində daha geniş, həm də əməli işlərə başladı. Xüsusi ilə ulu öndərimiz Heydər Əliyev cənablarının idea müəllifi olduğu neft-qaz strategiyasının gerçəkləşdirilməsi və bu məqsədlə ARDNŞ xarici şirkətlərlə danışıqlar apararaq aşkar olunmuş yataqlardan neftin və qazın birgə çıxarılması, xarici bazarlara nəql edilməsi Dövlət proqramı kimi qarşıya qoyuldu.
Doğrudur aparılan danışıqlar zamanı hasil olunacaq pay bölgüsündə fikir ayrılıqları bu prosesləri bir qədər ləngitsə də Azərbaycan rəhbərliyi , bilavasitə ümumumilli liderimiz Heydər Əliyev öz iradəsini ortaya qoydu.
Məhz bu qətiyyət nətcəsin də 1994-cü ilin sentyabrın 20-də Bakıda Gülüstan sarayında Xəzərin Azərbaycan sektorundakı "Azəri", "Çıraq", "Günəşli" yataqlarının dərin su qatlarındakı neftin birgə işlənməsi haqqında dəyəri 7,4 mlrd. dollar olan "məhsulun pay bölgüsü" tipli müqavilə imzalandı. Bununla da imzalanmış müqavilə öz tarixi, siyasi və beynəlxalq əhəmiyyətinə görə "Əsrin müqaviləsi" adlandırıldı.
"Əsrin müqaviləsi"ndə dünyanın 8 ölkəsinin (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, Norveç, Yaponiya və Səudiyyə Ərəbistanı) 13 ən məşhur neft şirkəti (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Exxon, Türkiyə Petrolları, Pennzoil, ITOCHU, Ramco, Delta) iştirak etmişdir.
Bu müqavilədə Böyük Britaniyanın "British Petroleum" (qoyulacaq investisiyanın 17,12 faizi) və "Ramco" (2,08 faizi), ABŞ-ın "Amoco" (17,01 faiz), "UNOCAL" (11,2 faiz), "Penzzoil" (9,81 faiz), "McDermott" (2,45 faiz), Rusiyanın "Lukoil" (10,0 faiz), Norveçin "Statoil" (8,56 faiz), Türkiyənin "Türk petrolları şirkəti"nin (1,75 faiz) və Azərbaycan Neft Şirkətinin isə 20 faiz payı var idi.Bununla da "Yeni neft strategiyası" və doktrinası uğurla həyata keçirilməyə başlandı. Xatırlatmaq yerinə düşər ki, "Əsrin müqaviləsi" Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildi və 12 dekabr 1994-cü ildə qüvvəyə mindi.
Bu tarixi hadisəyə böyük önəm verən Azərbaycan Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə 20 sentyabr 1995-ci ildə Bakıda, "Respublika" sarayında "Əsrin müqaviləsi"nin imzalanmasının birinci ildönümü münasibəti ilə neft-qaz sənayesi kollektivlərinin nümayəndələri ilə görüş keçiridi.
Bu görüşdən sonra hər il 20 sentyabrda Azərbaycan Prezidenti Heydər Əliyevin neft-qaz sənayesi kollektivləri ilə görüşləri mütəmadi xarakter aldı və ölkə həyatının bütün sahələrinə , bu sahələrdə çalışan insanlara həmişə özəl diqqət göstərən ulu öndərimiz növbəti bir qərarı da qəbul etdi.Məhz Azərbaycan Prezidentinin 16 avqust 2001-ci il tarixli fərmanı ilə 20 sentyabr hər il Azərbaycanda "Neftçilər günü" peşə bayramı kimi qeyd edilməsi rəsmiləşdirildi.
"Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və güclənən ölkə büdcəsi bir cox böyük işlərə başlanğıc oldu.
Müqavilə üzrə nəzərdə tutulan bütün işlər həyata keçdi. Gerçəkləşən proqramlar hesabına hazırda Neft-qaz sənayesi beynəlxalq standartlara cavab verən inkişaf dövrünü yaşayır.
Bütün bu işlərdə ARDNŞ-nin struktur vahidi olan "Neftqaztikinti" tresti də üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlib, Azərbaycan neft-qaz sənayesinin inkişafına bu gün də təkan verir. Kollektivin rəhbəri Mirkazım Abasov həmişə olduğu kimi 20 sentyabr "Neftçilər günü"nüdə də kollektivlə birgə bayramı keçirir , onların iş şəraitinin yaxşılaşdırılmasında, eləcə də sosial problemlərinin həllində yaxından iştirak edir. Rəhbərlik tərəfindən həyata keçirilən bu tədbirlərin şahidi , həmçinin iştirakçısı kimi onu da vurğulamaq istəyirəm ki , ölkə prezdenti İlham Əliyev cənablarının bizim sahəyə cöstərdiyi diqqət və qayğı hər zaman hiss olunur və biz də bunu çox yüksək dəyərləndiririk. Çalışırıq ki öz işimizlə bu etimadı doğruldaq.
Neft sahəsində çalışan hər kəs üçün əziz və əlamətdar olan 20 Sentyabrda öz həmkarlarımı-"Neftqaztikinti" trestinin, başda Trestin müdiri Mirkazım Abasov olmaqla bütün kollektivini "Neftçilər Günü"-peşə bayramı münasibəti ilə ürəkdən təbrik edir, onlara uzun ömür, möhkəm cansağlığı, gələcək birgə işlərimizdə uğurlar arzu edirəm.