Təhminə və Zaur biyabırçılığı! - Eminquey yazır

EMİNQUEY AKİF
66830 | 2018-09-20 10:24

Hamımızın yaddaşında qalan "Təhminə” filmindən sonra bir də elə birfilmin çəkilməyinə açığı inanmırdım. Amma eşitdim ki, bizimkilər bu filməserial olaraq yeni nəfəs vermək istəyiblər və artıq yeni sezondan serial ATV kanalındayayımlanacaq. Aktyor heyətilə maraqlandım, həqiqətən də hal-hazırda filmlərə tez-tezçəkilən və özünü sübut edən aktyorların adına da rast gəldim. İnamım bir az qətiləşdi.Ürəyimdə dedim ki, nəhayət bizimkilər normal bir serial çəkdilər, yəqin 40 ilbundan qabaq çəkilən filmin aktuallığını da nəzərə alıblar. Ki, bunu nəzərəalsaq serial loru dildə desək "tutuzduracaq”.

Axşam həvəslə,həyəcanla televizorun qarşısına keçdim. Serial başlandı. Həmişə demişəm, yenə dədeyirəm, film də, serial da, kitab da girişdən insanı cəlb etməlidir. Açığı buserial ilk dəqiqələrindən məndə elə bir yaxşı hiss yaratmadı. FəxrəddinManafovun oynadığı Zaur obrazını Cövdət Şükürov oynayır. Düzdür, yaraşıqlıoğlandır. Heç Fəxrəddin bəydən də geri qalmır. Amma bəs, Zaur olmağalayiqdirmi? Bunu dərindən nəfəs alaraq deyirəm – xeyr, hayır, no, net! Ümumiyyətlə,insanda məsuliyyət hissi yaxşı şeydir. Əgər altına girmək istədiyin yükə gücünçatmayacaqsa, niyə buna cəhd edirsən? Keçək Təhminə obrazına. Serialda TəhminəyləZaur təsadüfən rastlaşırlar, onların bu macərası təsadüfən səhərə kimi davamedir. Restoranda yeyib-içmə səhnəsi var. Təhminəni də Natavan Ələkbərovaoynayır. Açığı Natavan xanımın da Təhminə olmağa vizual olaraq hər şeyi dəolmasa, çox şeyi çatır. Amma o da bu obraza hazır deyil. Natavan xanım sərxoş Təhminənielə oynayır ki, elə bil, sərxoş deyil, sadəcə özünü sərxoşluğa vurmaq üçün əlləşir.Heç əslində Natavan xanım bunun üçün çalışmır da. Türk seriallarındakıyaraşıqlı aktyor və aktrisaları görüb, bizimkilər də eyni yolla getmək istəyirlər.İndi nə olsun ki, Cövdətlə Natavan görünüşləri ilə insanı cəlb edirlər. Bəs,emosiya?

FilmdəSpartak obrazı canlandıran isə Cavidan Novruzdur. Cavidan bəy qeyd edib ki, bufilm üçün 19 kilo çəki atıb, arıqlayıb. İndi yazımı Cavidan bəyə tutub deyirəm.Ki, bəy, siz film üçün arıqladınız, başa düşdüm, bəs, yaxşı, mən bu filmə baxıbniyə arıqlamalıyam? Bunun təzminatını kim ödəyəcək? Üstəgəl, elə bir çəkim dəyoxdur. Bu idimi yeni nəfəs? Biz görmüşük ki, boğulan bir insana nəfəs veribonu ayıldarlar. Amma yaddaşımda qalan Təhminə və Zaur obrazına verilən bu nəfəssözün əsl mənasında "süni nəfəs”dir. Hətta deyərdim ki, bu nəfəsin qoxusundanadamın beyni çartlayır.

Bizimsaytda yazçı Anardan alınmış açıqlama yayımlandı. Anar deyir ki, serialın ssenerisiniistədim. Ki, baxım, razılığımı verim. Amma ssenarini mənə vermədilər. Yəni buserialın ssenarisindən xəbərim yoxdur. Ardınca serailın rejissoru Sain Qəhrəmanlaəlaqə saxladıq. O isə dedi ki, filmin ssenarisini göndərmək mümkün olmadı. Ammasinopsisini göndərdik və Anarın xeyir duasını aldıq. Əslində haqlıdır da. Çünkio boyda ssenarini heç Anar axıra qədər oxumağa səbr eləməyəcəkdi də. Yaxşı, bəs,Anar xeyir-dua vermişdisə, niyə bizə belə bir narazı açıqlama verdi? Ümumiyyətləxeyir-duayla iş həll olunurmu?

İki tərəfinbelə bir açıqlaması elə özü də Təhminə filmindəki bir epizoda bənzəyir. TəhminəZaura deyir ki, Spartakla aramızda heç nə yoxdur. Zaursa təkidlə bunu iddia eləyir.Hətta söhbət ana-bacıya qədər uzanır, Zaur Təhminəyə bir şillə də çəkir. İndiyazıçı Anarla Sain bəyin arasındakı söhbət də buna bənzəyir. Sözüm Sain bəyin xətrinədəyməsin, yaxşı, bir rejissor olsaydı, bundan bir film çəkərdi.

Xeyir-duailə məsələ həll olunurdusa, onda gərək Cövdət bəy Fəxrəddin Manafovdan, Natavanxanım Meral Konratdan, Cavidan Novruz da Füzuli Hüseynovdan xeyir-dua almalıdeyildimi?

Hələ sizbuna fikir verin, Fəxrəddin Manafovla əlaqə saxladıq, dedi ki, Zauru oynayanCövdəti tanımıram. İndi yenə deyəcəksiniz ki, bizimkilər öz işimizi bəyənmirlər,mız qoşurlar. Amma üstünüzdəki işıq projektorlarına and olsun, o işığı bir azöz işinizin üstünə yönəltsəniz, görəcəksiz ki, həqiqətən də çəkdiyiniz buserial elə birinci seriyasından alınmayıb.

Amma ürəyiminyumşaq yerinə salıb, demək istəyirəm ki, biz çox möcüzələr görmüşük. Ayaqlarıtutulan bir adamın sonradan yeriməyindən tutmuş, gözləri görməyən birinin görməyinəqədər. Ümid edirəm ki, sizin çəkdiyiniz bu serial da sonrakı seriyalarındanyeriməyə, görməyə, danışmağa, səs-salmağa nail olacaq. Amma hələlik bumümkünsüz görünür.

Görünür,bu işin təbibləri, yəni siz rejissorlar, siz ssenaristlər, siz aktyorlar hələbu xəstəliyə çarə tapa bilməmisiniz.


TƏQVİM / ARXİV