adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7

Üzeyir Hacıbəyli: Ordan-burdan

10100 | 2018-09-22 10:24

- Əşi, Allahaand olsun, yol açılan kimi çıxıb gedib ya Rusiyətdə, ya zaqranitsada qalıb, birkərə də üzümü Bakıya çevirməyəcəyəm:

-Balam nə olubdur?

-Nə olacaqdır? İstudentlik vəqtimizdə bir o qədər yaxşılıq eləmişəm, puluolmayanda pul vermişəm, neçə kərə tiyatırlara aparmışam, evimdə yer veribsaxlamışam.

-İndi özu ministir olubdur, mənə deyir ki, gəl səni qubernat təyin eliyim! Yəniaşağa-aşağa qatıqlı aşdan da aşağa?! Neujeli mən o qədər əskik oldum ki, ancaqqubernatorluğa layiqəm!

-Əfəndim! Niqalayın vəxtında min cürə yaltaqlıq, rüşvət, peşkəşdən sonra birimizəpristavlıq veriləndə öylə bilirdik ki, bütün dünya bizə verildi; indi nə olduki, qubernatorluq əskik iş oldi!

-Xeyir, mən demirəm ki, qubernaturlıq əskik şeydir; siz görünür ki, məni başadüşmədiniz! Mən onu demirəm ki, indi ki, mən sənə istudentlik vəqtində bir o qədəryaxşılıq eləmişəm, neçə kərə pul da vermişəm və sən mənim yoldaşım idin, bu günsən ki pristav olmusan, məni də heç olmasa pamoşnik pristav elə! Naçalnikolmusan, pamoşnik naçalnik elə! Qubernator olmusan pamoşnik qubernat elə!Ministir olmusan, heç olmasa tavariş ministra elə! Dəha elə olmasın ki, sənolasan ministir, mən nə? Qubernator! Mən bunu demək istəyirəm!

-A, siz bunu demək istiyirmişsiniz? Öylə isə bu başqa məsələdir! İnşallah yolaçılanda çıxub getməyiniz məsləhətdir!

***

-Qadan alım, bircə məni başa sal görüm: Ministr, yəni nə deməkdir?

-Ministir, yəni vəzir!

-Çox yaxşı, Allah səndən razı olsun. Deməli, bizim Xan Xoyski vəzirdir?

-Vəzirdir.

-Əbdüləli bəy də vəzirdir? Bizim Nəsib bəy də vəzirdir?

- Vəzirdir!

- CavanşirHacinski, Aşurov, Məlik-Aslanov, Sultanov, bunlar da vəzirdirlər?

- Vəzirdirlər!

- Allah sənəömür versin, pəs qadan alım, bunlar hansı padşahın vəzirləridirlər?

Busual bir az məni qanxdırdı:

-Necə, hansı padşahın?

-Yəni, deyirəm, Osmanlı padşahın vəziridirlər?

-Xeyr, Sultan həzrətlərinin öz vəzirləri vardır!

-Rus padşahının?

-Xeyir, indi bizim Rusyət ilə heç bir əlaqəmiz yoxdur!

-Bəs hansı padşahın vəziridirlər?

Fikrimitoplayıb dedim:

-Sən padşahın!

Güldü:

-Mən padşah olsa idim baqqallıq eləməzdim.

Dedim:

-Baqqallığın və ya dül

gərliyinzərəri yoxdur, bu saət bu ministirlər hamısı sənin vəzirlərindirlər.

Dedi:

-Vallah yaxşı başa düşmirəm!

Dedim:

-Bax bu vəzirlər Azərbaycan hökumətinin millət vəzirləridirlər və sən də Azərbaycanhökumətinin millətisən: pəs demək bu vəzirlər sənin vəzirindirlər!

İnşallah,elə ki, bu təzəlikdə millət evimiz (parlamanmız) açılar, onda baxıb görərsənki, həqiqətdə də vəzirlər sənindir! Və bu dəstgah hamısı ondan ötrüdür ki, sənbir növ istirahət ilə dolanıb, azad çörəyini azadə yeyə biləsən, ancaq buazadlığı sənin üçün qan töküb alan türk milləti-nəcibəsindən və türk qəhrəmanordusundan qəflətdə olmuyub onlar haqqında həmişə duaçı olasan, necə ki, Sədi əleyhirrəhməbuyurubdur:

Əbro,bado, məho xorşido fələk dər karənd,

Tatonani bekəf ari və be qəflət nə xori!

(Tərcümə:Bulud, külək, ay, günəş və kainat öz işlərindədilər

Tasən loxma çörək tapıb gətirəsən və qəflətdə yeməyəsən)

BaqqalKərbəlayi Kərim bu sözləri eşidəndən sonra bir az fikir edib bədə papağını əyriqoydu və kəmali-səmimiyyət ilə:

-Allah qoysa işləriniz yaxşı olar, deyib keyfi kök və damağı çağ getdi.

Filankəs

29 oktyabr 1918-ci il


TƏQVİM / ARXİV