adalet.az header logo
  • Bakı 11°C
19 Sentyabr 2018 18:00
7052
GÜNDƏM
A- A+

Azərbaycan-Cibuti əlaqələri müzakirə olunub

Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Cibuti Respublikası Milli Assambleyasının sədri Mohamed Ali Humedin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Oqtay Əsədov Mohamed Ali Humedin Azərbaycana səfərinin ölkələrimiz arasında münasibətlərin daha da möhkəmləndirilməsi işinə töhfə verəcəyinə ümidvar olduğunu bildirib. Qeyd edib ki, hər iki ölkə iqtisadi sahədə əməkdaşlığın dərinləşdirilməsinə xüsusi önəm verir. Yüksək səviyyəli qarşılıqlı səfərlərin ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından önəmini xüsusi qeyd edən sədr Azərbaycan və Cibutinin beynəlxalq təşkilatlarda da bir-birini dəstəklədiyini vurğulayıb. O diqqətə çatdırıb ki, Cibuti Respublikasının ölkəmizin ərazi bütövlüyünü dəstəkləməsi bizim üçün mühüm məsələdir və ölkəmiz bunu qiymətləndirir.

Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən Cibuti Milli Assambleyanın sədri Mohamed Ali Huməd Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı tədbirin keçirilməsinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Azərbaycan-Cibuti əlaqələrinin getdikcə inkişaf etdiyini söyləyən qonaq ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün yaxşı imkanların olduğunu deyib. Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.