adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
20 Sentyabr 2018 10:44
17690
MƏDƏNİYYƏT
A- A+

Fransanın caz qrupu Bakıda konsert verəcək

Fransanın "Trio Initiatives" caz qrupu Bakıda konsert proqramı ilə çıxış edəcək.

Adalet.az "Report"a istinadən xəbər verir ki, konsert Azərbaycan paytaxtında keçiriləcək Beynəlxalq Jazz Festivalı çərçivəsində baş tutacaq.

Qrup oktybarın 20-də "Rotunda Jazz Club"da səhnəyə çıxacaq.

"Trio Initiatives" qrupu Jan-Kristof Şole (fortepiano), Qildas Boklen (kontrabas) və Simon Berniyeden (baraban) ibarətdir.

Qrup yazılı və improvizəli əsərlər səsləndirəcək.