adalet.az header logo
  • Bakı 7°C
19 Sentyabr 2018 17:32
28900
HÜQUQ
A- A+

Bəraət aldığını eşidən dustaq huşunu itirdi – Hökm

Bakıda adam öldürməkdə təqsirli bilinən Elman İbrahimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Axar.azxəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Elman İbrahimovun əməlində cinayət tərkibi olmadığı üçün ona bəraət verilib. O, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Məhbus bəraət qazandığı xəbərini eşidərkən həyəcandan huşunu itirib və yerə yıxılıb.

Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Müvəqqəti təcridetmə mərkəzində saxlanılan 30 yaşlı Elman İbrahimov kamera yoldaşı Çingiz Xəlilovu döyüb. Çingiz Xəlilov ağır xəsarətlər alıb.

O, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilsə də, həkimlər həyatını xilas edə bilməyib.

İstintaq orqanı tərəfindən Elman İbrahimova qarşı Cinayət Məcəlləsinin 126.3-cü (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.