adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
19 Sentyabr 2018 15:38
10909
GÜNDƏM
A- A+

“Təhminə və Zaur” serialının rejissoru: “Biz Anar müəllimdən xeyir-dua almışıq”


"Biz Anar müəllimə serialın sinopsisini təqdim etmişdik”.

Bu sözləri Adalet.aza açıqlamasında "Təhminə və Zaur" serialının rejissoru Sain Qəhrəman deyib. Onun sözlərinə görə, serialın çəkilməsi üçün yazıçı Anardan xeyir-dua alıblar:

"Sinopsisi verdik Anar bəyə. Üç-dörd gün onda qaldı. Axı biz serialın ssenarisini verə bilməzdik. Bu mümkün də deyil. Çünki efir vaxtını müəyyənləşdirmək, serialın ssenarisinin hər seriyaya görə yazılması prosesi var. Biz Anar müəllimin yanına bir ay gedib gəldik. Son məqamda Anar bəy istirahətdə idi, onun köməkçisi Rauf Aslanov bizə dedi ki, Anar müəllim xeyir-dua verir, deyir ki, çəksinlər. Biz Anar müəllimin razılıq verməsinə o qədər sevindik ki... Bilirsiniz, bu gün yaşayan dahi şəxslərdəndir Anar müəllim. Biz onun sözünü tapdalaya bilmərdik. O boyda sənətkarın qabağında öz başına hərəkət edə bilməzdik”.

Xatırladaq ki, yazıçı Anar "Təhminə və Zaur” serialının ssenarisindən xəbəri olmadığını saytımıza bildirmişdi.