warez script warez forum Leaks Forum orkide Link kısaltma sitesi shell indir mavi orkide Link kısalt PHP Scriptler Ataşehir kadın kuaförü Warez forumu hacklink satın al cialis yorumları Adalet.az | Bakıda qadın onu intim fotoları ilə şantaj edəni bağışladı Adalet.az | Bakıda qadın onu intim fotoları ilə şantaj edəni bağışladı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / HÜQUQ

Bakıda qadın onu intim fotoları ilə şantaj edəni bağışladı

14369    |   2018-09-19 16:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə pul tələb etməkdə təqsirləndirilənElvin İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Oxu.Az-ın xəbərinə görə, hakim Samir Əliyevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.

O, E.İsmayılovun 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş Ə.Məmmədova prokurorun çıxışına münasibət bildirərək, təqsirləndiriləndirilən şəxsi bağışladığını deyib:

"Ondan şikayətim yoxdur. Əvvəl şikayət etdim, indi isə bağışlayıram. Məhkəmədən xahiş edirəm ki, ona yüngül cəza verilsin”.

Sonra E.İsmayılov məhkəmədən son söz üçün vaxt istəyib.

Buna görə proses sentyabrın 26-dək təxirə salınıb.

İttihama görə, Elvin İsmayılov tanışı olan Əfsanə Məmmədovanı (ad və soyad şərti verilib – red.) şantaj edərək pul tələb edib. O, Əfsanə ilə sosial şəbəkədə tanış olub və daha sonra onun qadınla isti münasibəti yaranıb. Onlar bir-birlərinə intim şəkillərini göndəriblər.

Bir neçə aydan sonra Elvin İsmayılov Əfsanəni şantaj edərək, onuintim şəkillərini sosial şəbəkədə yayacağı, biabir edəcəyi ilə hədələyib.

Elvin İsmayılov bu şəkilləri yaymamaq üçün Əfsanədən 10 min manat pul tələb edib. Daha sonra Əfsanə Məmmədova hüquq-mühafizə orqanlarına müraciət edib. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı Elvin İsmayılov həbs edilib.




İmza:

Rüşvət almaqda təqsirləndirilən baş həkimə hökm oxunub

Akif Çovdarovun cinayət işində zərərçəkmiş kimi tanınan iş adamının cəzası azaldılıb

Narkoloji Mərkəzi yandıran şəxs ömürlük azadlıqdan məhrum edildi

Gəncə hadisələrinə görə həbs edilən bir qrup şəxsə hökm oxundu

Keçmiş müavini Cahangir Hacıyevi məhkəmədə ittiham edib

Baş Prokurorluq ANS-lə bağlı XƏBƏR yaydı: “Bərpası müzakirə predmeti deyil”

Fədayə Laçın və digərləri məhkəmədən vaxt istədi

MTN-in sabiq idarə rəisi azadlığa buraxılıb

Məhkəmədə Rəşad İlyasov və Rüfət Axundovun həbs olunması tələb edilib

Baş prokuror xəstəxanada baş vermiş ölüm hadisəsini nəzarətə götürüb

İş adamlarından pul tələb edən baş redaktora 12 il HƏBS

Şahid: Cahangir Hacıyev Qazaxıstanda neft yatağı alıb

SON XƏBƏRLƏR
2019-05-21
2019-05-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Kubokun sahibi kim olacaq?

"Qarabağ" (71.43%)
"Qəbələ" (14.29%)
"Sumqayıt" (7.14%)
"Zirə" (7.14%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aqşin Yenisey dostları ilə babat yeyib-içir, sonra gedir əmisigilə. Həyətdə it daraşır buna, qolun-qılçın cırmaqlayır. Evə girəndə əmisi deyir:

- Ay bala, bu nə haldı?

- İt tutdu.

- Ə, it bağlıydı axı?!

Aqşin:

- Əmi, it bağlıydı ey, amma mən açıqıydım.





digər lətifələr
ARXİV
FACEBOOK