adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
19 Sentyabr 2018 15:55
8002
SİYASƏT
A- A+

Səməd Seyidov: Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub

Milli Məclisin (MM) Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədriSəməd SeyidovTürkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici işlər komissiyasının sədriVolkan Bozkırın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə komitənin sədr müaviniSevinc Fətəliyeva, Qənirə Paşayeva, Cavanşir Feyziyev, Sahibə Qafarova, Azər Kərimli, Sahib Alıyev, Nəsib Məhməliyev, Asim Mollazadə, Rasim Musabəyov, Elman Nəsirovvə digər komitə üzvləri iştirak ediblər.

S.Seyidov qardaş ölkədə bu il iyunun 24-də keçirilən seçkilərdə AKP-nin inamlı qələbə qazanması münasibətilə Bozkıra təbriklərini çatdırıb və bildirib ki, Türkiyə Cümhuriyyəti bundan sonra daha sürətlə inkişaf edəcək və dünyanın ən qüdrətli dövlətləri sırasında öz yerini möhkəmləndirəcək.

Azərbaycan-Türkiyə münasibətlərindən məmnunluqla söz açan S.Seyidov durmadan inkişaf edən siyasi, iqtisadi, ticarət və digər sahələrdəki əlaqələrimizdən söhbət açıb.

Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə daim inkişaf etdiyini deyən S.Seyidov ölkələrimizin həyata keçirdiyi birgə qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan, TANAP, Bakı-Tbilisi-Qars layihələrinin böyük önəm daşıdığını qeyd edib.

S. Seyidov bildiribki, Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub və bu gün də bir yerdədirlər:

"Bunun bariz nümunəsi 15 sentyabrda keçirilən Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunan möhtəşəm hərbi paradda Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakıdır”.

V. BozkırTürkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulayaraq, əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.

TBMM-in Xarici işlər komissiyasının sədriilk rəsmi səfərini Azərbaycana həyata keçirməsindən məmnunluq hissi duyduğunu bildirib.