adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
19 Sentyabr 2018 15:48
10060
İDMAN
A- A+

Rəşad Sadıqov zədəsindən danışdı

"Şerif”lə oyundan sonra ağrılarım var idi. Amma həmin vaxt ciddiyə almadım. 3-4 gün müalicə alıb, davam etdim”.

Bu sözləri Qol.az-a açıqlamasında "Qarabağ”ın kapitanı Rəşad Sadıqov deyib. Zədə səbəbindən Avropa Liqasının qrup mərhələsinin ilk turunun "Sportinq”lə səfər oyununu buraxmalı olan təcrübəli müdafiəçi meydana qayıdacağı vaxtı da açıqlayıb:

"Sumqayıt”la oyundan sonra ağrılar bir az artdı. Dünənki məşqdə isə daha da şiddətləndi. MRT müayinəsindən keçdim. Həkimlər 2 həftə oynamamağı məsləhət gördülər. Ona görə də bu müddət ərzində matçlarda iştirak etməyəcəyəm. Bir həfətlik müalicədən sonra fərdi məşqlərə başlayacağam. Amma komandaya nə zaman qoşulacağım həkimlərin rəyindən asılıdır. Çünki onların nəzarəti altında olacağam”.