adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Sentyabr 2018 14:37
8607
DÜNYA
A- A+

«PUTİN MƏNİM ÖLÜMÜMÜ İSTƏYİR»

Böyük Britaniyanın «məşhur» Solsberi şəhərinin «Prezzo» restoranında əri ilə birlikdə yeməkdən zəhərlənən keçmiş Rusiya, hazırda İsrail vətəndaşı olan 30 yaşlı Anna Şapiro bildirib ki, «mən əminəm ki, Putinin əlaltılarının hədəfindəyəm. Ölkəmdən imtina etdiyim üçün onlar elə hesab edirlər ki, mən Britaniya kəşfiyyatının hədəfindəyəm. Atam rus ordusunun generalı olub. O da çoxsaylı təzyiqlərə və təhdidlərə dözmədiyi üçün bu yaxınlarda Londona köçüb. Ona görə də düşünürəm ki, Putin mənim ölümümü istəyir».

Britaniya mənbələri güman edirlər ki, bu cütlük siçan dərmanından zəhərləniblər. Rəsmi orqanlar isə hələ ki, ekspertizanın rəyini gözləyirlər. Ona görə də heç bir açıqlama vermirlər.

İndi deyəsən dəbə düşüb, kim harda zəhərlənsə Rusiyanı günahlandıracaq.