adalet.az header logo
  • Bakı 20°C
19 Sentyabr 2018 14:05
11565
KRİMİNAL
A- A+

Bakıda taksi sürücüsü qarət olunub

Sentyabrın 18-də saat 6 radələrində 2 naməlum şəxs Nəsimi rayonunun M.Əliyev küçəsində dayanmış "London Taxi” markalı avtomobildən sürücü, Bakı şəhər sakini Ramin İmanovun mobil telefonunu götürüb qaçıb.

Adalet.az DİN-in saytına istinadən xəbər verir ki, sürücü avtomobili onların arxasınca sürdüyündən telefonu ataraq qaçıblar.

Nəsimi RPİ 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Mehman Abbasov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Vitaliy Zeynalov saxlanılıblar. Araşdırma aparılır.