adalet.az header logo
  • Bakı 19°C
19 Sentyabr 2018 13:53
13397
DÜNYA
A- A+

Fələstin Krımı Rusiyanın ərazisi kimi tanıya bilər

Fələstin hakimiyyəti Krım məsələsi ilə bağlı Moskvanın mövqeyini dəstəkləyir.

Adalet.az xəbər verir ki, Fələstinin Rusiyadakı səfiri Abdel Hafiz Nofəl "İzvestiya”ya müsahibəsində bu cür açıqlama verib.

"Bu məsələ ilə bağlı bizim mövqeyimiz kifayət qədər aydındır. Biz Krımda nələrin baş verdiyini çox yaxşı bilirik və bu məsələ üzrə Rusiyanın hərəkətlərini dəstəkləməyə dair mövqeyimizi təsdiqləyirik. Biz özümüzün müqəddəratımızı təyin etmək hüququmuzu tələb edirik və düşünürük ki, istənilən digər xalq da bu cür hüququa malikdir”, – deyə Fələstin səfiri bildirib.

Abdel Hafiz, həmçinin vurğulayıb ki, gələcəkdə Fələstin Krımın Rusiyaya məxsusluğunu rəsmən tanıya bilər. Lakin bu, ikitərəfli əsasda öz həllini gözləyən problemli məsələlərin müzakirəsindən sonra mümkündür.

Qeyd edək ki, 2014-cü ildə Ukraynada Maydan hadisələrilə müşayiət olunan dövlət çevrilişindən sonra Ukrayna ərazisinin ayrılmaz tərkib hissəsi olan, Qara dəniz sahilində yerləşən Krım yarımadası Rusiya tərəfindən ilhaq edilib.(azvision.az)